Icma.az
close
up
RU
Kritik vəziyyətdə doğulan körpə 31 günlük müalicədən sonra sağaldı FOTO

Kritik vəziyyətdə doğulan körpə 31 günlük müalicədən sonra sağaldı FOTO

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yeni Klinikanın Neonatologiya şöbəsində rezus izoimmunizasiyasına bağlı fetal hidrops diaqnozu ilə dünyaya gələn yenidoğulmuş xilas edilib.

Medicina.az xəbər verir ki, 32 yaşlı ananın altıncı hamiləliyindən olan dördüncü doğuşunda, körpədə prenatal dövrdə fetal hidrops aşkarlanıb.


Hamiləliyin erkən dövrlərində aparılan müayinələr zamanı dölün vəziyyətinin ağır olduğu aşkarlanaraq ana bətnində üç dəfə mübadilə qanköçürməsi həyata keçirilib. Qeyd edək ki, ana əvvəlki iki övladını yenidoğan dövründə məhz rezus izoimmunizasiyası nəticəsində itirib.

Körpə hamiləliyin 33-cü həftəsində, təcili qeysəriyyə əməliyyatı ilə 3 kq 200 qr çəkidə dünyaya gəlib. Doğulduğu andan etibarən vəziyyəti kritik ağır olaraq qiymətləndirilib - bədənin bütün nahiyələrində geniş ödem (anasarka), qarın boşluğunda (assit), plevral və perikardial sahələrdə massiv maye toplanması müşahidə olunub.

Körpə dərhal Yeni Klinikanın Neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib və süni ventilyasiya dəstəyi ilə tənəffüsü təmin edilib, ağciyərlərin maturasiyası üçün surfaktant tətbiq olunub. Eyni zamanda, hemodinamik stabilliyin bərpası məqsədilə reanimasion tədbirlər görülüb, mübadilə qanköçürməsi və intensiv fototerapiya həyata keçirilib.


Müalicə prosesi Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyevin rəhbərliyi ilə, həkim-neonatoloqlar Cəmilə Əhmədova, Könül Əliyeva, Hilal Budaqova, Güləndam Abdullayeva və İlahə Cəfərova tərəfindən həyata keçirilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 31 gün davam edən müalicədən sonra körpə 2 kq 700 qr çəki ilə sağlam şəkildə ailəsinə təhvil verilib.

Bu uğurlu nəticə, rezus izoimmunizasiyasına bağlı ağır hallarda vaxtında prenatal müdaxilə, yüksək səviyyəli neonatal reanimasiya xidmətlərinin birgə effektivliyinin canlı sübutudur.

Məlumat üçün bildirək ki, fetal hidrops - dölün (fetusun) orqan və toxumalarında, bədənin müxtəlif boşluqlarında (plevra, perikard, qarın boşluğu) patoloji maye toplanması ilə xarakterizə olunan ağır klinik haldır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 24 İyun 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see196

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see183

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see177

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see146

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see139

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see131

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see128

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see128

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see126

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see125

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see124

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri