“KTMT üzvlüyü toyuq deyil ki, dondurasan” “Paşinyan Azərbaycana bir söz belə deməyə qorxur” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“KTMT-yə üzvlük toyuq deyil ki, onu dondurasan, sonra da əridəsən".
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artur Xaçatryan erməni jurnalistlərlə söhbətində deyib.
“Ermənistan” fraksiyasının üzvü olan Artur Xaçatryan Ermənistanın KTMT-dəki üzvlüyünün dondurdulmasının mənasız olduğunu və bunun təşkilatın qərarlarının qəbuluna heç bir təsir etmədiyini əlavə edib: “Ya ora, ya bura. Qərar verməlisən. Hakimiyyət diversifikasiyadan danışır. Lakin biz NATO-nun bizə dediyini görməmişik ki, gəlin bizim təlimlərə qoşulun.
Onlar KTMT-yə də getmirlər, çünki məncə, Azərbaycan buna imkan vermir. Azərbaycan bildirib ki, Ermənistan hərbi imkanlarını artırmaq üçün addımlar atan kimi, qarşılıqlı addımlar atacaq. Aydındır ki, istənilən hərbi təlimdə iştirak bizim hərbi potensialımızı artırır. İstisna etmirəm ki, onlar(Paşinyan hakimiyyəti-red.) Azərbaycana bir söz belə deməkdən qorxurlar”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















