Kuala Lumpurun meri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib FOTO
Apa.az saytına istinadən Icma.az xəbər verir.
COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Malayziyanın paytaxtı Kuala Lumpurun meri, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, qonağı qarşılayan muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ona bu mədəniyyət ocağının tarixi, yerləşdiyi binalar, milli və dünya incəsənətinin nadir nümunələrindən ibarət kolleksiyası haqqında məlumat verib.
Görkəmli Azərbaycan rəssamları və heykəltəraşlarının daimi ekspozisiya və sərgilərdə nümayiş etdirilən əsərləri, ümumilikdə milli təsviri sənətin zənginliyi fəxri qonaqda heyranlıq hissi doğurub. Xatirə dəftərinə ürək sözlərini yazan xanım Maimunah Mohd Şərif muzeydən xoş təəssüratlarla ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















