Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Kuba olmaq istəmirik!

Kuba olmaq istəmirik!

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SSRİ adlı imperiya dağıldıqdan sonra Kreml dəfələrlə bu "velikaya derjava”nı yenidən "xortlatmaq” arzusunu dilə gətirib. Lakin tarix göstərdi ki, insanları zorla sosial bərabərlik ideologiyası altında idarə etmək utopiyadan başqa bir şey deyil. Ümumiyətlə, xislətində vəhşilik gizlənmiş insan heç vaxt sosial bərabərliyə söykənən cəmiyət qura bilməz. Saxta ideologiyalar üzərində qurulmuş bu imperiyanın da ömrü uzağı 70 ilə qədər uzana bildi. Tarixin bir dönəmində zorla SSRİ-yə qatılmış respublikalar hazırda öz süveren həyatını yaşamaqda, özünü inkişaf etdirməkdədi. Bu respublikalar köhnə sovet ideologiyasını yaşatmağı davam etdirsəydilər, axırda gəlib bugünkü Kuba respublikasının gününə düşəcəkdilər. 

Gəlin, bugünkü Kubaya atüstü bir nəzər salaq. 

Kuba uzun illər sosializm və kommunizm ideyalarının cazibəsi ilə yaşayan, lakin real həyatda acı nəticələrlə üzləşən bir ölkədi. 1959-cu ildə Fidel Kastro ABŞ-ın dəstəklədiyi Batista rejimini devirdi və ölkədə sosialist modelə əsaslanan bir sistem qurdu. İlk dövrlərdə inqilab  böyük ümidlər yaratsa da, zamanla bu idealların reallıqdan nə qədər uzaq olduğu ortaya çıxdı. 

Fidel Kastro və Ernesto Çe Gevara rəhbərliyində formalaşan yeni Kuba hökuməti bərabərlik, sosial ədalət, pulsuz təhsil və səhiyyə vəd edirdi. Lakin sosializm adına aparılan siyasət insan azadlıqlarının, iqtisadi təşəbbüslərin və şəxsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələndi.

Dövlətin fərdi sahibkarlığı yasaqlaması, xarici ticarəti öz nəzarətinə alması iqtisadi inkişafı demək olar ki, tamamilə iflic etdi. İllər keçdikcə ölkə xarici yardımlara və xüsusən də Sovet İttifaqının subsidiyalarına arxalanmağa başladı. SSRİ-nin dağılmasından sonra isə Kuba iqtisadi cəhətdən sərt böhranla üz-üzə qaldı.

Bu gün Kuba əhalisinin gündəlik həyatı ciddi sosial-iqtisadi çətinliklərlə doludur. Əhalinin böyük əksəriyyəti dövlət tərəfindən verilən kuponlarla sürünmə səviyəsində yaşamaq məcburiyyətindədi. Çünki  subsidiya ilə verilən bu ərzaq kartları əhalinin ehtiyaclarını tam qarşılamır. Mağazalarda tez-tez ət, süd, düyü, un, yağ kimi əsas ərzaq məhsullarının qıtlığı yaranır. Gündəlik tələbat mallarının çatışmazlığı geniş yayılıb, apteklərdə adi dərmanı belə, tapmaq çətinləşib, enerji böhranları nəticəsində günlərlə işıq və qaz verilişi dayandırılır. 

Ölkədə orta aylıq əməkhaqqı 15-30 ABŞ dolları civarındadır. Əlbəttə bu məbləğlə insanların yaşaması  mümkün deyil. Rəsmi iş tapa bilməyən insanlar turizm və ya qara bazarda müxtəlif qeyri-rəsmi işlərlə dolanmağa çalışırlar. Gənc qadınlar utanmadan turistlərlə xoş istirahət üçün tanış olurlar. Qiymətlər razılaşma yolu ilədir, məsələn, bir saatlıq sevgi üçün 5 dollardan, bir həftəlik birgə istirahət üçün 100 dollara qədər dəyişir. Yaşlı avropalılar və amerikalılar isti, ehtiraslı qızların təkliflərini məmnuniyyətlə qəbul edirlər. 

Əhali daha çox xaricdən pul göndərən qohumlarına güvənir, minlərlə kubalı isə qeyri-qanuni yollarla ölkəni tərk edərək ABŞ-a, yaxud digər Latın Amerikası ölkələrinə üz tutur. Artıq, gənclər öz gələcəyini ölkə xaricində axtarır, rejim isə hələ də ideoloji ritorika ilə reallığı gizlətməyə çalışır. 

Kuba, bir partiyalı rejimlə idarə olunur, kommunist partiyası ölkədə yeganə qanuni siyasi qurumdur. Müstəqil mətbuat, azad seçkilər və vətəndaş cəmiyəti faktiki olaraq, mövcud deyil. Ölkədə senzura gündəlik həyatın ayrılmaz hissəsidir və informasiyalara çıxış ciddi  məhdudlaşdırılıb.

Kuba uzun illərdir ki, ABŞ tərəfindən iqtisadi embarqo ilə üzləşib. 1960-cı illərdən tətbiq edilən bu sanksiyalar,  Kuba rəhbərliyi tərəfindən ölkədəki sosial-iqtisadi böhranların əsas səbəbi kimi göstərilir. Lakin reallıqda iqtisadi çöküşün səbəbi yalnız xarici deyil, əsasən daxili siyasətin və idarəetmənin uğursuzluqları ilə bağlıdır.

Avropa Birliyi və digər Qərb ölkələri də ölkədə insan haqlarının pozulmasına görə Kuba ilə münasibətlərdə ehtiyatlı davranırlar. Ölkə 1990-cı illərin sonlarından başlayaraq, Venesuela və Çin kimi ölkələrdən yardım almasına baxmayaraq, bu gün dünya sistemindən təcrid olunmuş azsaylı dövlətlərdən sayılır. 

Sosialist inqilabı bir zamanlar bərabərlik və azadlıq simvolu kimi təqdim olunurdusa, bu gün o, daha çox xəbərdarlıq nümunəsidir! Əlbəttə, sosialist ideaları insan azadlığı və demokratik institutlarla müşayiət olunmazsa, hər zaman cəmiyəti fəlakətə sürükləyəcək. 

Ona görə, yoldaş Putin, bizə sənin "hədiyyə etmək” istədiyin sosialist respublikası lazım deyil. Sən o idealarını öz Rusiyanda həyata keçirməyə çalış! 

Murad Köhnəqala 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri