Kubanda PUA hücumu nəticəsində həlak olanların sayı altıya çatıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərindəki çimərliyə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olanların sayı altıya çatıb. Ölənlər arasında üç uşaq da var.
Moderator.az xəbər verir ki, bu barədə regionun hakimiyyət orqanları məlumat yayıb.
Hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan ikisi uşaq olmaqla, 17 nəfəri xəstəxanaya yerləşdirilib. Yaralılar Gelencik, Tuapse bələdiyyə dairəsi və Qoryaçıy Klyuç şəhərlərindəki tibb müəssisələrinə çatdırılıblar.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən dördünün vəziyyəti ağır qiymətləndirilir. Onlardan ikisi uşaqdır.
Bu mövzuda digər xəbərlər:Kubanda PUA hücumu nəticəsində elektrik yarımstansiyası yanıb
21 Fevral 2025 10:48
Kubanda onlarla PUA ələ keçirilib
15 Noyabr 2024 08:47
İjevskdəki zavoda PUA hücumu nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb
04 İyul 2025 13:50
Ukrayna PUA ları Kubanda fövqəladə vəziyyət yaradıb VİDEO
15 İyul 2026 14:32
Almaniyaniyada həlak olanların sayı 5ə çatıb
22 Dekabr 2024 02:56
Baxış sayı:147
Bu xəbər 03 Avqust 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















