Icma.az
close
up
RU
Almaniyaniyada həlak olanların sayı 5ə çatıb

Almaniyaniyada həlak olanların sayı 5ə çatıb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində Milad yarmarkasında törədilən qanlı hadisə nəticəsində həlak olanların sayı 5-ə çatıb. Hadisə nəticəsində xəsarət alanların sayının 205-ə çatdığı bildirilir. Onlardan 40 nəfərinin vəziyyəti xüsusilə ağır qiymətləndirilir. SİA xəbər verir ki, hadisədən sonra Maqdeburq şəhərində əhalinin sıx olduğu ərazilərdə, o cümlədən Milad yarmarkasının ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, polis nəzarəti gücləndirilib. Milad yarmarkasının ərazisinə şəhər sakinlərinin, o cümlədən media nümayəndələrinin girişinə icazə verilmir.

Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edir, şamlar yandırır və çiçəklər düzürlər. Milad yarmarkasının yaxınlığındakı Müqəddəs İohan kilsəsinin qarşısında izdiham daha gurdur. İnsanlar buraya axın edərək kilsəsinin əsas qapısının qarşısına çiçəklər, şamlar düzür, həlak olanların xatirəsini yad edirlər.

Almaniyanın Federal Kansleri Olaf Şoltz Maqdeburq şəhərinə səfər edib, hadisənin törədildiyi Milad yarmarkasının ərazisinə baxış keçirib.

Kansler media nümayəndələrinə açıqlamasında xəsarət alanlardan 40 nəfərinin vəziyyətinin ağır olduğunu vurğulayıb. Milad bazarlarının insanların istirahət üçün üz tutduqları məkan olduğunu qeyd edən Kansler hücumu dəhşətli hadisə kimi dəyərləndirib. Baş nazir bu cür hadisələrlə əlaqədar cəmiyyətdəki qütbləşməyə yol verilməməsinin vacibliyini xüsusi vurğulayaraq, insanları birliyə və mehribanlığa çağırıb, nifrətin birlikdə yaşama mədəniyyətinə təsir etməməsinin vacibliyini qeyd edib.

Saksoniya-Anhalt əyalətinin Baş naziri Rayner Haselof isə açıqlamasında həlak olanların sayının 5-ə çatdığını, xəsarət alanların sayının 200-dən çox olduğunu bildirib. O, təhlükəsizlik məsələsinin gələcəkdə daha sıx şəkildə nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb A. adlı şəxs dekabrın 20-də yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub.

Hadisə yerində yaxalanan şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim (psixiatr) işlədiyi müəyyən edilib. Onun sosial mediada İslam dini əleyhinə çıxış və çağırışlar etdiyi məlum olub.

Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2024 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri