Icma.az
close
up
RU
Küçədə kiminsə halı dəyişir, yaxınlaşmağa belə çəkinirik

Küçədə kiminsə halı dəyişir, yaxınlaşmağa belə çəkinirik

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Son günlər azyaşlı uşağın uzun müddət zorakılığa məruz qalmasının şahidi oluruq. Bu, qan donduran bir hadisədir. Heç bir sağlam psixologiyaya malik insan belə bir hərəkətə yol verə bilməz. Müdafiə olunmaq gücündə olmayan bir uşağa qarşı zorakılıq tətbiq etmək insanlıqdan kənar bir davranışdır".

Bu fikirləri Redaktor.az-a sosioloq Lalə Mehralı şiddətlə mübarizə yollarından danışarkən bildirdi.

"Hər hansı bir canlının balasını necə qoruduğunu müşahidə etmişik. Məsələn, bir toyuğun, itin və ya pişiyin balalarına yaxınlaşmağa cəhd etdikdə, onların müdafiə instinktinin necə güclü olduğunu görürük. Amma yaradılışın ən ali varlığı hesab edilən insan bəzən öz övladına qarşı inanılmaz dərəcədə qəddar davranışlar edə bilir. Belə vəziyyətlərdə cəmiyyətin diqqəti və nəzarəti böyük rol oynayır. Uşağın bu həddə çatdırılmasına qədər kimsə hadisələri fərq etməyibmi? O uşaq pəncərədən çölə baxmayıb, heç kim onun vəziyyətindən xəbər tutmayıb? Təəssüf ki, cəmiyyətimiz laqeydliyə doğru sürüklənib. Biz bu hala gələnə qədər çox şey yaşadıq və bizə çox şey yaşatdılar.

Əvvəllər küçədə kiminsə halının dəyişdiyini görəndə insanlar onun ətrafına toplaşardı. İndi isə yaxınlaşmağa belə çəkinirik. Düşünürük ki, bəlkə fırıldaqçıdır, bəlkə narkotik aludəçisidir. Çünki bu vəziyyətə gələnə qədər çox aldadıldıq. Küçələrdə xəstə adı ilə pul yığan, amma əslində heç bir xəstəliyi olmayan insanlar, ehtiyacı olmadığı halda dilənənlər cəmiyyətin inamını sarsıtdı. Halbuki biz belə deyildik, bizə bunu etdilər", - deyən sosioloq qeyd etdi ki, belə vəziyyətlərdə məsuliyyət həm dövlətin, həm də cəmiyyətin üzərinə düşür:

"Dövlət öz öhdəliklərini yerinə yetirir, uşağın təhlükəsizliyini təmin edir, amma o uşağın yaşadığı travmalar unudulmayacaq. O uşağı cəmiyyətə qazandırmaq isə ətrafın üzərinə düşür. Sevgi və qayğı göstərərək, az da olsa, keçmiş travmalarını unutdurmaq olar.

Belə hallarda hər kəs özünü məsuliyyətli hiss etməlidir. Əgər bir evdə uşağın işgəncəyə məruz qaldığını və ya başqa bir şəxs tərəfindən narahat edildiyini düşünürüksə, çəkinmədən şikayət etmək lazımdır. Bu kimi hallarda anonimlik qorunur. Kiminsə həyatından narahat olmasına ehtiyac yoxdur. Hamımız gözümüzü açıq saxlamalı, ətrafımıza həssas yanaşmalıyıq. İnsanlar dəyişib, bəziləri öz balalarına belə şiddət göstərə biləcək hala gəlib. Bunun qarşısını almaq üçün cəmiyyət olaraq birlikdə hərəkət etməliyik".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri