Küçədə xuliqanlıq etdi Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.
Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.
H.Kazımov da ifadəsində 1000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov 4 sutkalıq həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















