Kukurelya Vinisiusu müdafiə etdi: “O da adi insandır”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid”in və İspaniya millisinin futbolçusu Mark Kukurelya komanda yoldaşı Vinisius Juniorun hazırkı forması və emosional vəziyyəti barədə danışıb.
İdman.Biz "Marca" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu braziliyalı hücumçunun məhsuldarlığındakı enişə anlayışla yanaşmağa çağırıb:
“Düzünü desəm, soyunub-geyinmə otağında tamamilə normal görünür, xoşbəxtdir. Amma hər bir futbolçu üçün meydanda özünü yaxşı göstərmək vacibdir. Onun üçün bu, hər oyunda qol vurmaq və ya məhsuldar ötürmə vermək deməkdir. Hazırda ən yaxşı oyununu göstərə bilmir”.
Kukurelya uzun müddət yüksək səviyyədə çıxış edən futbolçunun müəyyən eniş yaşamasını təbii sayır:
“Onu da başa düşmək lazımdır. Futbolçu ardıcıl beş il inanılmaz səviyyədə oynayırsa və daim dünyanın ən yaxşıları sırasında yer alırsa, müəyyən eniş yaşaması tamamilə təbiidir. Axı o da adi insandır”.
Müdafiəçi Vinisiusun məşqlərdəki əzmkarlığını da önə çəkib:
“Əsas odur ki, hər gün necə səylə məşq etdiyini və bütün gücünü ortaya qoyduğunu öz gözlərimlə görürəm. Ən vacib məsələ məhz budur”.
Baxış sayı:86
Bu xəbər 12 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















