Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ Yeni Sabah
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
11 Noyabr 2024 15:14

