Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kulevi terminalı genişləndirilir

Kulevi terminalı genişləndirilir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu layihə ölkəmizin Gürcüstanda ən önəmli yatırımlarından biridir

Gürcüstanın ilk tammiqyaslı neft emalı zavodu olan “Black Sea Petroleum” (BSP) Rusiya neftinin əvəzlənməsini strateji məqsəd olaraq müəyyənləşdirib. Bu barədə şirkətin həmtəsisçisi və baş direktoru David Potsxveriya Gürcüstanın BMGTV telekanalına müsahibəsi zamanı bildirib. O deyib ki, fəaliyyətə Rusiya neftinin emalı ilə başlayan şirkət hazırda xammal bazasının şaxələndirilməsi üzərində fəal şəkildə işləyir.

Bu addımın gələcəkdə şirkətə öz məhsullarını Avropa İttifaqı bazarına ixrac etməyə imkan verəcəyini bildirən baş direktorun sözlərinə görə, əsas məqsəd Rusiya xammalını tamamilə əvəz etməkdir: “Biz artıq Türkmənistan nefti ilə işləyirik, növbəti mərhələdə isə Qazaxıstan və digər alternativ mənbələrdən də istifadə etməyi planlaşdırırıq. Xammal mənbələrinin şaxələndirilməsi şirkətimizin ixrac imkanlarına birbaşa təsir göstərir. Xüsusilə Avropa İttifaqı bazarı hazırda Rusiya neftindən hazırlanmış məhsullar üçün bağlıdır və alternativ xammala keçid bu məhdudiyyəti aradan qaldırır”.

Türkmənistan neftinin Azərbaycan üzərindən dəmir yolu ilə tranzitinin təşkilindən sonra şirkətin alternativ təchizat zəncirini aktivləşdirə biləcəyini vurğulayan D.Potsxveriya bildirib ki, bu dəmir yolu şəbəkəsi ilə tədarükə başladıqdan sonra Qazaxıstan nefti də daxil olmaqla digər mənbələrin tranziti avtomatik olaraq mümkün olacaq.

Məsələyə münasibət bildirən ölkənin digər nəşri isə BSP-nin Gürcüstanı öz neft məhsulları ilə tam təmin etmək niyyətində olduğunu bildirib. Qeyd olunub ki, hazırda Kulevi limanında yerləşən, benzin, dizel və aviasiya yanacağı istehsalı üçün yarımfabrikatlar istehsal edən yeganə neft emalı zavodu BSP-yə məxsusdur. Məlumata görə, müəssisə 2027-ci ilə qədər “Avro-5” standartlarına uyğun yanacaq istehsalına keçməyi planlaşdırır.

Qeyd edək ki, “Black Sea Petroleum” layihəsi Kulevidə həyata keçirilir və onun ilk mərhələsi artıq başa çatıb. Bu mərhələdə zavodun illik gücü 1,2 milyon ton təşkil edir. Növbəti mərhələ çərçivəsində isə bu göstəricinin 4,5 milyon tona qədər artacağı proqnozlaşdırılır. Layihəyə ümumi investisiya qoyuluşu 600 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Həmin məbləğin isə 150 milyon dollardan çox hissəsi birinci mərhələdə xərclənib.

Yeri gəlmişkən, Kulevi neft terminalı və limanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan ərazisində ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Qonşu ölkənin Xobi regionunda, Qara dəniz sahilində yerləşən terminal əsas neft və neft məhsullarının ixracı mərkəzidir. 2008-ci ildən istismarda olan terminal, Xəzər və Mərkəzi Asiya neftinin Avropa bazarlarına çatdırılmasında mühüm logistik rol oynayır. Ümumilikdə isə, Kulevi terminalı xam neft, mazut, dizel, benzin və digər neft-kimya məhsullarının dəmir yolu ilə qəbulu, çənlərdə saxlanılması və tankerlərə yüklənilməsini həyata keçirir.

Azərbaycan və Gürcüstan iqtisadiyyatına böyük töhfələr verən və strateji obyekt kimi tanınan terminalın ümumi illik yükaşırma gücü 10 milyon tondan çox neft məhsulu təşkil edir. Eyni zamanda, yüksək infrastruktur imkanlarına malik olan bu nəhəng kompleks 20-yə yaxın müxtəlif maye neft məhsulunun daşınması təcrübəsinə malikdir. “SOCAR Midstream Operations” tərəfindən idarə olunan terminalda hazırda genişləndirmə işləri aparılır və rezervuar parkının tutumu 407 min kubmetrdən 487 min kubmetrə çatdırılması planlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, 2025-ci ildə Kulevi terminalı vasitəsilə, ümumilikdə 2,2 milyon ton xam neft, neft, neft-qaz və neft-kimya məhsulları ötürülüb. Hesabat dövründə terminalda xam neftlə yanaşı, paraxylene və propilen kimi neft-kimya məhsulları, eləcə də benzin, dizel, LPG, JET A-1 aviasiya yanacağı, kerosin, metanol, nafta və digər neft-qaz məhsullarının ötürülməsi də həyata keçirilib.

Ötən il terminalın infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Belə ki, yeni 7 nömrəli çənlər parkında hər biri 20 min kubmetr həcmində olan 4 çənin tikintisi üzrə yekun investisiya qərarı qəbul olunub. Layihənin ilkin mühəndislik layihələndirilmə mərhələsi tamamlanıb və tikinti üzrə tender prosesi həyata keçirilib. Bununla yanaşı, yeni dəmir yolu estakadasının və dalğaqıranın tikintisi üzrə ilkin texniki və əməliyyat təhlilləri aparılıb.

Şirkətdən o da bildirilib ki, 2026-cı ildə terminalda yeni çənlər parkının tikintisinə başlanılması və layihənin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır. Eyni zamanda, yeni dəmir yolu estakadası və dalğaqıran üzrə konsept seçimi mərhələsinin yekunlaşdırılması, həmçinin 3-cü gəmiyanalma körpüsünün tikintisi üzrə ilkin texniki-iqtisadi təhlillərin aparılması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri