Icma.az
close
up
RU
“Kupça” və notarial müqavilə tələbi ləğv olunur?

“Kupça” və notarial müqavilə tələbi ləğv olunur?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir. Ya mövcud qanunvericiliyi rəhbər tutaraq, deyəcək ki, daşınmaz əmlakın qeydiyyatı mütləqdir və onunla əqdlər də notarial qaydada təsdiq olunmalıdır, ya da ki, iri holdinqin özbaşınalığına haqq qazandıraraq hüquq sistemimizdə dəyişiklik edəcək.

Azərbaycanın əmlak hüququ alman sistemi üzərində qurulub. Bu o deməkdir ki, daşınmaz əmlak mütləq şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əks halda, əmlak yoxdur. Həmin əmlakla müqavilələr də notarial qaydada təsdiq olunmalıdır, əks halda, onlar etibarsızdır.

Düzdür, təcrübədə buna heç də həmişə riayət olunmur (məsələn, yeni tikilən yaşayış binalarındakı məznillər qeydiyyatı olmadan alınıb-satılır, halbiki, qanunda qabaqcadan qeydiyyat mexanizmi var, lakin bu nə məmurlara, nə də tikinti şirkətlərinə sərf etmir). Lakin son zamanlar dövlət daha sərt tələblər yürüdür. Məsələn, lisenziya alanlara ünvanın qeydiyyatlı əmlakda olmasını tələb edirlər, yalnız qeydiyyatlı yeni binaya qaz verirlər və s. və i.a. Ən əsası isə hər bir halda qeydiyyatsız əmlak “mülkiyyətçisi”nə üz vermirlər, xüsusilə icarə müqavilələri üzrə.

Lakin Bakı Apellyasiya Məhkəməsinin son qərarlarından biri bu sistemi dəyişməyə cəhd edir. Deməli, məşhur holdinqə məxsus mərkəzdəki ən iri ticarət (ofis) binalarından birinin dövlət reyestrində bu binanın qeydiyyatı yoxdur. Buna görə də hətta icarəçiləri ilə icarə müqaviləsini də notariat qaydasında təsdiq etdirə bilmir. İcarəçilərdən biri ilə 2022-ci ilin sonunda belə qanunsuz müqavilə bağlayıb bir neçə aylıq icarə haqqını alıb ki, 2023-cü ilin iyunun 1-dən gəl fəaliyyət göstər. Halbuki, hətta istismara hazırlıq aktını yalnız həmin ayın 8-də əldə edib. Vergi orqanında uçota isə yalnız 2023-cü ilin sentyabrın 27-də durub. Təbii ki, icarəçi də belə vəziyyətdə icarə obyektində fəaliyyətə başlamayıb: dövlət reyestrində olmayan sahədə, notarial müqavilə olmadan, istismara hazırlıq aktı olmadan, vergi uçotu olmadan və s. Buna baxmayaraq, holdinq məhkəmə qaydasında «icarəçi»dən 2023-cü ilin iyunun 1-dən etibarən icarə haqqı və hətta xidmət haqqı tələb edir! Yəni faktiki icarəyə vermədiyi və xidmət göstərmədiyi halda! Hüququn və ədalərin anasını ağladaraq əsassız varlanmaq istəyir! Onu da deyim ki, problem holdinqdən daha çox, onun menecerlərindədir. Sadəcə o qədər naşıdırlar ki, normal idarəetmə, qeydiyyat və s. işini təşkil edə bilməyiblər, indi də təqsirlərini ört-basdır etmək üçün holdinqin kimliyindən istifadə edirlər. Məhkəmələr də əsassız olaraq onlardan qorxur…

Belə ki, Bakı Apellyasiya Məhkəməsi də onun iddiasını tam təmin etdi. Dedi ki, qeydiyyat da vacib deyil, notarial təsdiq də. Ali Məhkəmə də bu mövqeyi təsdiqləsə, ölkədə vacib presedent yaranacaq: daşınmaz əmlakın qeydiyyatı və onunla müqavilənin notarial təsdiqi tələbi ləğv oluncaq. Necə deyərlər, aclıq olsa da kef olacaq: kim nə istəsə edə biləcək daşınmaz əmlak sahəsində.

Düzü, heç bilmirəm, hansı varianta sevinəcəyəm…

P.S. Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına da müraciət etmişəm ki, qəbul edilən qərarın əhəmiyyəti barədə indidən xəbərdarlıq edim. Sonradan daşınmaz əmlak sahəsində ölkədə xaos yaranmasın…

Əkrəm Həsənov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Aprel 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri