İlon Mask bir günə 30 milyardını itirdi
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı milyarder İlon Maskın sərvətində ciddi azalma qeydə alınıb. "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri ABŞ Konqresinə keçirilən son aralıq seçkilər dövründə təxminən 30 milyard dollar itki ilə üzləşib.
Milli.Az-ın "Financial Times" nəşrinə istinadən məlumatına görə, bu azalmanın böyük hissəsi "SpaceX"in səhmlərinin bazar dəyərinin aşağı düşməsi ilə əlaqədardır. Nəticədə Maskın şəxsi sərvəti 20 milyard dollardan artıq azalıb.
Milyarderin maliyyə itkisinə təsir edən digər amillər sırasında "Tesla" səhmlərinin ucuzlaşması və onun Respublikaçılar Partiyasına siyasi dəstək üçün sərf etdiyi vəsaitlər də göstərilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:100
Bu xəbər 05 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















