Kür çayında su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Məlumata görə, qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Kür çayında araşdırma aparılır
24 Avqust 2025 10:16
Kür çayında iki nəfər batdı, axtarış aparılır
19 Fevral 2025 21:20
Kür çayında kritik vəziyyət
11 Avqust 2025 16:36
Kür çayında yeniyetmə boğuldu
02 Avqust 2025 18:46
Sabirabadda Kür çayında bir nəfər batdı, axtarış aparılır
04 Oktyabr 2025 12:05

