Kürdəmirdə biryaşlı uşaq qıcolmadan öldü
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 8-də Kürdəmir rayonunda biryaşlı uşaq vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, saat 13 radələrində 2023-cü il təvəllüdlü Ö.Məlikməmmədov yaşadığı Şüşün kəndindəki evdə dünyasını dəyişib.
Epilepsiya xəstəliyindən əziyyət çəkən körpənin qıcolmadan vəfat etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.

