Kürdəmirdə DƏHŞƏTLİ İNTİHAR: özünü sürət qatarının altına atdı YENİLƏNİB
Icma.az, Lent az saytına istinadən bildirir.
Kürdəmirdə dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qarabucaq dəmir yolu stansiyasının ərazisində baş verib.
Kürdəmir rayon sakini 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırm aparılır.
***
Kürdəmir sakinini qatar vuraraq öldürüb.
Lent.az-ın xəbərinə görə, hadisə axşam saat 8 radələrində rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
44 yaşlı kənd sakini Famil Bağırov dəmir yolunu keçmək istəyərkən onu qatar vurub.
Ağır xəsarətlər alan F. Bağırov hadisə yerində dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Mərhum Famil Bağırov iki uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 13 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















