Kürdəmirdə erkən nikah qalmaqalı: polis kənd sakinini saxladı
Icma.az bildirir, Aznews.az portalına istinadən.
Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikahın qarşısı alınıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
AzNews.az
Baxış sayı:49
Bu xəbər 28 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















