Icma.az
close
up
RU
Populist Sarkis və Ostap Bendersayağı sevinc

Populist Sarkis və Ostap Bendersayağı sevinc

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Erməni komissiya sədri nəyi ictimailəşdirir?

Əlbəttə, bilə bilmərik ki, Azərbaycan Milli Məclisinin deputatı, parlamentin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov erməni həmkarı Sarkis Xandanyana həqiqətən “populist” deyib, ya yox. Ancaq ikinci belə bir durumla üzləşdiyini iddia edir.

Deməli, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri S.Xandanyan özünün “X” sosial şəbəkəsindəki hesabında S.Seyidovun onu “populist” adlandırdığını yazıb. Hesab edirik ki, erməni hakim komandasını, konkret olaraq, baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” Partiyasını təmsil edən nəinki bu şəxs, ümumən sözügedən komandanın digər üzvləri də eyni xarakterin daşıyıcılarıdır. Onlar hətta çox ucuz populistdirlər. O qədər ucuzdurlar ki, manipulyativ dəst-xətlərini oxumaq heç bir çətinlik törətmir. Necə deyərlər, dəvə başını samanlığa salıb gizləndiyini düşünür...

Əlqərəz, S.Sarkisyanın dediyinə görə, S.Seyidova sülh razılaşması layihəsi ilə bağlı fikir mübadiləsi aparmağı təklif edibmiş. Əvvəla, bildirək ki, bu təklifin özü anormaldır. Birincisi, müzakirəsi aparılacaq heç nə yoxdur. Çünki sülh sazişinin bütün bəndləri razılaşdırılıb və bu barədə həm Ermənistan, həm də Azərbaycan cəmiyyətinə məlumat verilib. İkincisi, əgər azərbaycanlı və erməni parlamentarilər arasında hansısa diskusiya gedəcəksə, bu Xandanyan kimi birisinin boşboğazlığından qaynaqlanan təklifi əsasında gerçəkləşəcək hadisə ola bilməz. Üçüncüsü, ortada ölkəmizin irəli sürdüyü iki şərt var. Söhbət Ermənistan konstutusiyasının ərazi iddialı istinad mənbəyindən qurtulmasından və ATƏT-in, faktiki olaraq, Azərbaycan torpaqlarının işğalını leqallaşdırmaq missiyası daşımış Minsk qrupunun ləğvindən gedir. Birinci şərtin yerinə yetirilməsi üçün referendum keçirilməli, erməni əsas qanununa dəyişiklik aparılmalıdır. İkinci şərt isə Bakı və İrəvanın müştərək müvafiq müraciət ilə ödənməlidir. Yəni, hər şey bu qədər sadədir. Populizm məhz bu sadəliyin kənarında gəzişməkdir.
Tam əminliklə deyə bilərik ki, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməkdən boyun qaçırır və diqqəti əsas məsələdən yayındırmaq üçün məhz populizmə güc verir. Digər tərəfdən, Xandanyanın, ümumən Ermənistan rəhbərliyi təmsilçilərinin populizmi özlərini sülh qaranquşu kimi göstərmələrindədir. Onlar elə təəssürat yaradırlar ki, sanki barış istəyən bunlardır, istəməyən isə Azərbaycan. Məqsəd bəllidir. Rəsmi İrəvan erməni avantürizmi üçün əl yeri saxlamağa çalışır ki, gələcəkdə təcavüzkar niyyətlər gerçəkləşdirmək mümkünləşsin. Bir sözlə, erməni iqtidarı sülh sazişinin özünə sərfəli kazuslarla imzalanmasına səy göstərir.
Bəli, Ermənistan hakimiyyətinin nümayəndələri sadaladığımız iki şərti nəzərə almırlar. Onlar “sülh” deyə bağırıb ağızlarını köpükləndirməkdən yorulmurlar. Nəticə etibarilə beynəlxalq ictimai rəyə tamamilə fərqli gündəm sırımağa çalışırlar. İndiyədək də belə edib, ancaq heç vaxt istəklərinə çatmayıb özlərini gülünc günə qoyublar. Nəzərə alaq ki, populistliyin nəticəsi həm də gülünc duruma düşmək aqibətini yaşamaqdır.
Əlbəttə, erməni siyasi populizminin həyasızlıq meyarı da var ki, S.Xandanyan indiki halda onu ortaya qoymaqla məşğuldur. Adam özünə “populist” deyilməsini elə bölüşür ki, elə bil, yaxşı söz eşidib. İstər-istəməz, yada məşhur “12 stul”un qəhrəmanı Ostap Bender düşür. Bender qəzetlərin onun atın altına düşməsini yazmasından sevinirdi. Ola bilər, Xandanyan da sevinib. Ondan nə desən, gözləmək mümkündür.
Sevinməkdən söz düşmüşkən isə Xandanyan ictimaiyyət üçün agah etdiyi məsələ ilə böyük Seyid Əzim Şirvaninin “Xan və dehqan” satirasının qəhrəmanını da xatırladır. Satirada avam kəndlinin xanın ona “it” deməsindən xoşhallığı əksini tapır.
Yeri gəlmişkən, S.Xandanyan sosial şəbəkə hesabında onu da yazıb ki, əgər sülh təbliğatını aparmaq populistlikdirsə, bu adı qürurla daşımağa hazırdır: “Mənim təklifim qüvvədə qalır. Regionda sülh və sabitlik naminə parlamentlər səviyyəsində inam mühitinin yaradılması üçün tədbirlərdə iştiraka hazıram”.
Onu da deyək ki, Ermənistan iqtidarının təmsilçiləri ayrı-ayrı detalları ictimailəşdirməkdə “ustadırlar”. Bu mənada S.Xandanyandan da betər biri var. Söhbət Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayandan gedir. Azərbaycan əleyhinə vaxtaşırı qərəz uydurmasa dayana bilməyən Balayan ötən il Aİ rəhbərliyinə donosunda yazmışdı ki, guya, Azərbaycanın sözügedən qurumdakı nümayəndəsi Vaqif Sadıqov onu ölümlə hədələyib. Bu barədə məlumatı isə “Politico” nəşri yaymışdı. Nəşrin bildirdiyinə görə, diplomatik təmsilçilər arasında insident Brüsseldə Türkiyə səfirliyinin Cümhuriyyətin elanının 101-ci ildönümünə həsr olunmuş qəbulunda yaşanıb. Görünür, Balayan tədbirdə özünü yaxşı aparmayıb. Ancaq bu, heç də o demək deyil ki, təcrübəli diplomat olan V.Sadıqov erməni səfiri ölümlə hədələyib.
Yəni, Tiqranın nağıl uydurma “məharətinə” nəzərən Sarkisin də eyni hərəkətə baş vurması mümkündür. Ona görə də əvvəldə cənab Seyidovun S.Xandanyana həqiqətən “populist” deyib-demədiyinə şübhələndik. Ancaq deyibsə, lap yaxşı edib. Çünki hər kəsi öz adı ilə çağırmaq lazımdır.
Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri