Icma.az
close
up
RU
Azərbaycan Vyetnam hüquqi əməkdaşlığı yeni mərhələdə

Azərbaycan Vyetnam hüquqi əməkdaşlığı yeni mərhələdə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamın baş prokuroru Nquyen Tiyenin dəvəti ilə Hanoya işgüzar səfər edib.

Nümayəndə heyəti Azərbaycanın Hanoydakı səfirliyinə gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Səfər çərçivəsində Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonq Azərbaycan nümayəndə heyətini qəbul edib. Baş prokuror K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə Prezidentinə çatdırıb. Prezident Luonq Kuonq dövlətimizin başçısına salamlarına görə minnətdarlığını bildirib, onların da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu, SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib. Vurğulanıb ki, müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib.

Səfər çərçivəsində, həmçinin Vyetnamın Baş prokuroru Nquyen Tiyen ilə Ali Xalq Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüşdə Vyetnamın Baş prokuroru Azərbaycanla yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. Kamran Əliyev səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib.

Martın 25-də Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Li Min Çi ilə də ikitərəfli görüş keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti Kuannin əyalətinin prokurorluğunda da olub. Əyalətin Baş prokuroru Luonq Pfuk Son prokurorluğun fəaliyyəti barədə məlumat verərək, ölkəmizin bölgə prokurorluqları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib. Kamran Əliyev baş prokurorluqlar arasında imzalanmış sənədin ölkələrimizin region prokurorluqlarının qarşılıqlı səfərləri üçün faydalı olacağını qeyd edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri