Kürdəmirdə süd emalı zavodunun həyətində güclü yanğın VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Kürdəmirdə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən süd emalı zavodunun həyətində qeydə alınıb.
Qısa zamanda alovun ərazisi böyüyüb və təqribən 1 hektara yaxın sahədə kol-kos və ağaclar yanıb. Hadisə nəticəsində ərazidəki elektrik və internet xətləri zədələnib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın lokallaşdırılıb və genişlənməsinin qarşısı alınıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:Kürdəmirdə yanğın olub
17 Oktyabr 2025 08:55
Kürdəmirdə evin həyətində meyit tapıldı
12 İyun 2026 11:14
Kürdəmirdə uşaq bağçasında yanğın
17 Oktyabr 2025 08:29
Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb VİDEO
27 İyul 2026 09:32
Kürdəmirdə uşaq bağçasında yanğın olub
21 Noyabr 2025 21:02
Baxış sayı:167
Bu xəbər 01 İyun 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















