Icma.az
close
up
RU
Kürdəxanı sakinləri kanalizasiyadan şikayət etdi: Qurumlar araşdırmaya başladı VİDEO

Kürdəxanı sakinləri kanalizasiyadan şikayət etdi: Qurumlar araşdırmaya başladı VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sabunçu rayonunun sakinləri yaşadıqları ərazinin baxımsız qalmasından narazıdırlar.

Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakinləri qəsəbə ərazisində elektrik enerjisinin verilməsindəki problemlərlə yanaşı, kanalizasiya sisteminin olmaması ilə bağlı saytımıza şikayət ediblər.

Belə ki, Əjdər Məlikov küçəsindən kərpiç-zavod adlanan əraziyə qədərki hissədə yaşayan vətəndaşlar deyir ki, 15 ilə yaxındır ki, ərazidə yaşayırlar. Onlar bura köçərkən dövlət qurumları kanalizasiya xəttinin çəkiləcəyinə söz vermişdilər, lakin sonradan ümumiyyətlə bu ərazi unuduldu. Kanalizasiya xətlərinin olmaması burada yaşayan bəzi sakinlərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olub.

Ərazidə çəkiliş edən əməkdaşımız sakinlərdən müsahibə də alıb.Vətəndaşlar deyir ki, həm yolsuzluq, həm də küçə boyu elektrik enerjisinin olmaması səbəbilə əraziyə təcili tibbi yardım avtomobili, hətta taksi belə yaxınlaşmır. Dəfələrlə maşınlar həmin yolda palçığa batıb və sakinlərin köməyi ilə çıxarılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki,  qeyd olunan ərazidə qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil.

“ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Bakı Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan şikayətlər üzrə araşdırmalara başlanılıb. İctimaiyyətə araşdırmaların nəticələri və görüləcək işlər barədə məlumat veriləcək.

Ərazinin işıqlandırılması, zibil qutularının yerləşdirilməməsi mövzusunda Sabunçu Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. Bütün hallarda qurumun mövqeyini əks etdirməyə hazırıq.

Əməkdaşımızın ərazidə etdiyti çəkiliş videosunu sizə təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri