Kürdəxanıda sakinlər çətin durumda: Yaşayış evlərini SU BASIB VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin sakinləri ciddi problemlə üz-üzə qalıblar. Belə ki, qəsəbənin İlqar Zülfüqarov küçəsində yerləşən fərdi yaşayış evlərini su basıb. Sakinlərin əşyaları və şəxsi əmlakları yararsız hala düşüb.
Vətəndaşlar mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"İşə gedə bilmirik, bütün küçə suyun içindədir. Əkdiyimiz şitillər məhv olub, hamısı suyun üzünə çıxıb", - deyə şikayətçilərdən biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
"Müraciət etmədiyimiz qurum qalmayıb, amma hamısı eyni sözü deyir. 25 ildir ki, mərkəzi kanalizasiya sisteminin çəkilməsini gözləyirik. Artıq burada hamı evini tərk edib".
Bu mövzuda digər xəbərlər:Kürdəxanıda sakinlər çətin durumda: Yaşayış evlərini SU BASIB VİDEO
31 Mart 2026 12:50
Sakinlər KÖMƏK İSTƏYİR: Kürdəxanıda küçələr SU İLƏ DOLDU
30 Mart 2026 15:07
Nərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda VİDEO
08 Aprel 2026 11:41
ADSEA Kürdəxanıda su itkilərini araşdırır FOTOLAR
07 Mart 2025 12:29
Yaşayış binasında təhlükəli vəziyyət! Sakinlər evlərini tərk etdilər (VİDEO)
09 Dekabr 2025 14:00
Baxış sayı:89
Bu xəbər 31 Mart 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















