Icma.az
close
up
RU
Kürəkənim çox yaxşı oğlandır İlk dəfə danışdı

Kürəkənim çox yaxşı oğlandır İlk dəfə danışdı

Icma.az, Axsham.az saytına istinadən bildirir.

83 yaşlı amerikalı milyarder Nelson Peltz ilk dəfə olaraq qızı Nikola Peltz ilə Bekhemlər ailəsi arasında davam edən münaqişə barədə açıqlama verib.

Axşam.az xəbər verir ki, Nelson Peltz "WSJ Invest Live" tədbirində çıxışı zamanı kürəkəni Bruklin Peltz-Bekhemin sosial media hesabında paylaşdığı səs-küylü açıqlamalardan sonra yaranan qalmaqallı vəziyyəti şərh edib.

Bu məqamda xatırladaq ki, Bruklin həmin paylaşımlarda 2022-ci ilin aprelində Nikola ilə baş tutan toyları ilə bağlı detalları açıqlamış və bununla da valideynləri, Devid və Viktoriya Bekhemlə münasibətlərində ciddi fikir ayrılığı olduğunu təsdiqləmişdi.

Milyarder tədbirdə "People" nəşrin mediada qızı Nikola ilə yayımlanan xəbərlərə münasibəti ilə bağlı sualına "Son vaxtlar ailəm mətbuatda olub? Mən bunu heç hiss etməmişəm. Ailəmə məsləhətim mətbuatdan uzaq durmaq olub. Görün, bu indiyənı kimi nə qədər fayda verib? Qızım Nikola ilə Bekhem ailəsi arasındakı məsələ tamam başqa hekayədir. Bu gün bunu müzakirə etməyəcəyik. Amma onu deyə bilərəm ki, qızım möhtəşəmdir, kürəkənim Bruklin çox yaxşı oğlandır və ümid edirəm ki, onların uzun və xoşbəxt evlilikləri olacaq" deyə, reaksiya verib.

Xatırladaq ki, Bruklin artıq təxminən bir ildir ailəsi ilə ünsiyyət qurmur. O, açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib. Bruklin həmçinin valideynlərinin Nikolanı sevmədiyini və 2022-ci ildə baş tutan toylarını demək olar ki, korladıqlarını iddia edib.

Cütlük 2025-ci ildə toy mərasimini yenidən keçirib. Mərasimi Nikolanın atası təşkil edib və Bruklinin ailə üzvlərindən heç kim dəvət olunmayıb.

Şayiələrə görə, Bruklin Bekhem ailəsi ilə yaşadığı konflikt barədə kitab yazmağı planlaşdırır. Devid və Viktoriya Bekhem isə oğullarının açıqlamalarına hələlik münasibət bildirməyiblər.

Qeyd edək ki, Nelson Peltzin 10 övladı var. Nikola Peltz onun model Klaudiya Heffnerlə (hazırda 70 yaşındadır) olan evliliyindən dünyaya gəlib. Cütlük 1985-ci ildən evlidir.

Bir müddət əvvəl Nelson Peltzin qızı Nikolaya hər ay 1 milyon dollar cib xərcliyi verdiyi ortaya çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Fevral 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri