Icma.az
close
up
RU
Kürəyin ortasındakı ağrılar nədən yaranır? ƏSAS SƏBƏBLƏR

Kürəyin ortasındakı ağrılar nədən yaranır? ƏSAS SƏBƏBLƏR

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.


İki qabırğanın ortasında yandırıcı, deşici ağrılar hansı patoloji dəyişiklik və xəstəliklərdən xəbər verir?

İki kürək sümüyünün (qulunc) ortası ilk növbədə onurğa sütunudur. Bu hissədə onurğğa fəqərələrinin forması fərqlidir. Onlar qabırğa onurğa oynağını yaradır, döş qəfəsinin yığılıb açılmasını, tənəffüs zamanı genişlənməni təmin edir.

Bu hissədə çox sayda əzələ yerləşir. Əzələlərdən bir qismi onurğa sütununu vertikalı vəziyyətdə saxlayır, digərləri nəfəs alıb vermədə iştirak edir, üçüncü qrup insana hərəkət, iş görmək, çevrilməkdə yardım edir.

Onurğa beynindən, onurğa beyin kanalından cüt sinirllər çıxır. Onlar siqnalları fəqərə və əzələlərə ötürür. Fəqərələrarası hündürlür azalanda, sıxılanda, onurğada əyilmə, skolioz, protruziya olduqda bu sinirlərə kompression təsir və təzyiq olur. Nəticədə sinirlər ağrı siqnalı ötürür.

Nəinki sinirlər, bütün onurğa sütun özü, əzələlər bu patologiyadan əziyyət çəkəcək.

Lakin bəzən bu ağrıları başqa ağır xəstəliklərlə səhv salıb, ağrıya dözərək vaxt itirib, xəstənin həyatının itirilməsinə səbəb ola bilər.
Məsələn, ürəyin işemik xəstəliyi, stenoz, infarkt, koronar damarın tıxanması zamanı da eyni ağrılar olur və bu zaman təcili həkim müdaxiləsi lazımdır.

İnsan özü kürəyinin ortasındakı ağrıya görə xəstəlikləri ayırd edə bilməz. Ona görə kürək ortasında ağrı olan zaman birinci nevroloqa getmək lazımdır. Kişilər isə ən birinci ürəyin EKQ-ni çəkdirməlidir.

Yalnız təcrübəli nevroloq ağrının onurğa, sinir mənşəli və ya ürəkdən olduğunu ayırd edə bilər.

Medicina.az iki kürək sümüyü arasındakı ağrı və yanma hissinin başqa hansı problemlərdən qaynaqlandığını təqdim edir:

- Onurğada travma – yıxılma, qırılma, vətər cırılma, dartılma.

- Fəqələrin yaşa və həyat tərzinə bağlı degenerativ distrofik dəyişikləri, xəstəlikləri – ostexondroz, protruziya, ekstruziya, yırtıq

- Skolioz, qamətin pozulması, belin irəli əyilməsi

- Onurğanın yatarkən, işləyərkən, oturarkən qeyri-düzgün forma alması

- Əzələ iltihabı, miozit

- Osteartroz

- Onurğa kanalının stenozu

Diaqnoz üçün:

MRT və ya rentgen olunur. Nevroloq və manualt terapevt müayinəsi

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:470
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 20 Noyabr 2024 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri