Icma.az
close
up
RU
Kurskda Şimali Koreya hərbçilərinə qorxunc əmr: Özlərini öldürürlər

Kurskda Şimali Koreya hərbçilərinə qorxunc əmr: Özlərini öldürürlər

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şimali Koreyanın Rusiyanın Kursk vilayətinin müdafiəsinə göndərdiyi hərbi qüvvələrin üçdə biri artıq ölüb və ya yaralanıb. Estoniya hərbi kəşfiyyatının rəhbəri Ants Kiviselq bu məlumatı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.

Nəşr xatırladır ki, Koreya əsgərləri Ukrayna mövqelərinə qarşı ilk hücumlarına dekabrda Kurskda başlayıblar. Ağır itkilərə baxmayaraq, Şimali Koreya qoşunları hücumlarını davam etdirirlər.

Döyüşlərin ən ağır yükünü piyadalar çəkir. Xüsusilə, Kursk vilayətində ilk hücum zamanı 200-dən çox koreyalı öldürülüb və ya yaralanıb.

Yanvarın ortalarına qədər Şimali Koreyanın 12 min nəfərlik qüvvəsindən 3800-ü öldürülüb və ya yaralanıb, 2 hərbçisi isə əsir götürülüb.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, əsir götürülən koreyalı əsgərlərin sayının az olması Rusiya-Şimali Koreya birləşmiş ordusunun amansızlığını göstərir.

“Rusiya və Şimali Koreya hərbi qulluqçuları adətən, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair hər hansı sübutu silmək üçün öz yaralılarını edam edirlər”, - dövlət başçısı deyib.

Nəşrin iddiasına görə, yaralı koreyalılar döyüşün ortasında özlərini öldürürlər. Həmçinin mənbə vurğulayır ki, yaxşı atıcılıq hazırlığı olmasaydı, Şimali Koreyanın itkiləri daha çox olardı.

Nəşr belə qənaətə gəlib ki, üçdə biri tükənmiş Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirak edən 11-ci Ordu Korpusunun gücləndirilməsinə ehtiyac ola bilər: “Pxenyanın daha çox qüvvə göndərməyi öhdəsinə götürüb-götürmədiyi bəlli deyil. Amma Şimali Koreya rejimi bunu etmək niyyətindədir. Məlumata görə, Moskva əlavə işçi qüvvəsi müqabilində Pxenyana əsas hərbi texnologiyalar ötürə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri