Icma.az
close
up
RU
Kurtlar Vadisi FETÖ layihəsi idi?

Kurtlar Vadisi FETÖ layihəsi idi?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli jurnalist Zafer Şahin köşə yazısında “Kurtlar Vadisi” serialının FETÖ ilə əlaqəsi olub-olmaması ilə bağlı diqqətçəkən iddiaları və sualları gündəmə gətirib.
Şahin yazısında Kaşif Kozinoğlu məsələsi, serialda Kozinoğlu ilə əlaqələndirilən “Kazım Kaşifoğlu” obrazı və bəzi səhnələrin real hadisələrlə üst-üstə düşməsinə diqqət çəkərək, “Kurtlar Vadisi”nin sadəcə serial olub-olmadığını sorğulayıb.
O, həmçinin FETÖ-nün televiziya seriallarından mesaj vasitəsi kimi istifadə etdiyini xatırladaraq, “Kurtlar Vadisi”nin FETÖ layihəsi olduğuna dair hazırda qüvvəyə minmiş məhkəmə qərarı və ya konkret sübutun olmadığını vurğulayıb.
Zafer Şahin daha sonra Üsküdar siyasəti ilə bağlı mübahisələrə toxunaraq, CHP-dən ayrılan bələdiyyə məclisi üzvlərinin açıqlamalarını və partiya daxilindəki qərarvermə prosesinə dair iddiaları şərh edib.
Müəllifin köşəsini təqdim edirik:

Kurtlar Vadisi FETÖ layihəsi idimi?
Kaşif Kozinoğlu ilə bağlı araşdırmada ortaya çıxan ilk konkret nəticə budur: Kurtlar Vadisi sadəcə serial deyilmiş.
Serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı seriyasında həmin dövrdə Kozinoğludan ilhamlandığı deyilən “Kazım Kaşifoğlu” obrazı həbsxanada saxlanılır və ölümlə hədələnir.
Təsadüfə baxın ki, iki gün sonra real Kaşif Kozinoğlu Silivri həbsxanasında həyatını itirir!
8 dekabr 2010-cu ildə yayımlanan bölümdə isə Kaşifoğlu obrazı idman etdikdən sonra nəbzinin yüksəldiyini deyir və daha sonra şprislə öldürülür.
İndi prokurorlar bu qeyri-adi zamanlamanı araşdırırlar. Yəqin ki, ifadəyə çağırdıqları serialın ssenaristlərindən “Vadidə” baş verən digər qəribəliklər barədə də soruşacaqlar. Məsələn, serialın final dövründə
Boğaziçi körpüsünün hərbçilər tərəfindən bağlanması səhnəsi kimi.
Sizi bilmirəm, amma məncə, televiziya serialının gələcəkdə baş verəcək hadisələr barədə bu qədər dəqiq mesajlar verməsi həyatın normal axarına ziddir.
FETÖ-nün seriallardan mesaj vasitəsi kimi istifadə etdiyi məlumdur. Təşkilatın Samanyolu TV-də yayımlanan “Şefkat Tepe”, “Tek Türkiye” və “Sungurlar” seriallarını xatırlayın. Aktual siyasi hadisələr bədii süjetə çevrilir, təşkilatın dövlət və siyasətlə bağlı yanaşması milyonlarla insana ssenari vasitəsilə çatdırılırdı.
Kurtlar Vadisinin FETÖ layihəsi olduğuna dair hazırda qüvvəyə minmiş hər hansı məhkəmə qərarı və ya konkret sübut yoxdur. Ancaq şübhələrin mövcud olduğu da həqiqətdir.
İndi cavab axtarılan əsas sual budur: FETÖ və ya dövlət daxilindəki başqa strukturlar müəyyən dövrlərdə Kurtlar Vadisinin ssenarisinə məlumat və mesajlar ötürübmü?
Bəlkə də araşdırılması lazım olan məsələ ssenarini kimin yazmasından çox, ssenaristə məlumatı kimin verməsidir.
Qeyd: Dövlətin Kozinoğlu məsələsinin üzərinə getməsi Pandoranın qutusunun açılacağının işarəsidir. Çox təəccüblü və eyni zamanda olduqca maraqlı hadisələrlə zəngin dövrə daxil oluruq.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri