Icma.az
close
up
RU
“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırma başladı FETÖ ilə əlaqə

“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırma başladı FETÖ ilə əlaqə

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif  Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq zamanı serialda yer alan süjet xətti, personaj adları və avtomobil nömrələri diqqət mərkəzinə düşüb.

Serial vasitəsilə FETÖ-nün təbliğatının aparılıb-aparılmadığının müəyyən edilməsi məqsədilə xüsusi ekspert qrupu yaradılıb.

Araşdırmada xüsusilə serialdakı Kazım Kaşifoğlu adlı personaja diqqət yetirilir. Sözügedən personajın vətən xaini kimi təqdim edilərək öldürülməsi ilə MİT əməkdaşı Kaşif  Kozinoğlu arasında oxşarlıq olduğu iddia edilir.

Bundan başqa, bəzi səhnələrdə istifadə edilən avtomobillərin dövlət nömrə nişanlarında “FG” hərflərinin yer alması da istintaq materiallarında diqqət çəkən detallardan biri olub. Bu məqamların FETÖ ilə əlaqəli təbliğat xarakteri daşıya biləcəyi ilə bağlı iddialar araşdırılır.

Baş Prokurorluğun qərarı ilə yaradılan ekspert heyəti serialın müvafiq bölümlərindəki ssenari xəttini, dialoqları, personajları və mümkün gizli mesajları ətraflı təhlil edəcək.

Araşdırmanın sonunda serialda hər hansı təşkilati mesaj və ya göstərişlərin verilib-verilmədiyi, həmçinin layihə ilə FETÖ arasında əlaqənin olub-olmadığı barədə rəy hazırlanacaq.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri