Icma.az
close
up
RU
“Kurtlar Vadisi”ndə maşın nömrələrindəki “FG” hərfləri FETÖ araşdırması başladı (VİDEO)

“Kurtlar Vadisi”ndə maşın nömrələrindəki “FG” hərfləri FETÖ araşdırması başladı (VİDEO)

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı FETÖ araşdırmasına başlanılıb.
Demokrat.az xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsdə olarkən həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində serialın bəzi bölümlərini araşdırmaq qərarına gəlib.
Araşdırmaya serialda “Kazım Kaşifoğlu” obrazının vətən xaini kimi göstərildikdən sonra öldürülməsi, həmçinin bəzi səhnələrdə avtomobil nömrələrində “FG” hərflərindən istifadə edilməsi ilə bağlı iddialar səbəb olub. Prokurorluğa daxil olan məlumat və şikayətlərin də nəzərə alındığı bildirilib.
İstintaq çərçivəsində müvafiq sahə üzrə mütəxəssislərdən ibarət ekspert heyəti yaradılıb. Ekspertlər serialın ssenarisini, dialoqlarını və bölümlərdə yer alan mümkün gizli mesajları araşdıracaqlar. Həmçinin ekran əsərində FETÖ lehinə təbliğat, örtülü mesaj, təşkilati göstəriş və ya yönləndirmə xarakterli məzmunun olub-olmadığı müəyyənləşdiriləcək. 
Ötən gün serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadə veriblər.
Qeyd edək ki, Kaşif Kozinoğlu türk hərbçisi və Milli Kəşfiyyat Təşkilatının (MİT)  Xarici Əməliyyatlar Departamentinin keçmiş rəhbəri olub. 2011-ci ildə “OdaTV işi” çərçivəsində həbs edilib və Silivri həbsxanasında saxlanılıb. K. Kozinoğlu elə həmin ilin 12 noyabrında həbsxanada vəfat edib. 
Səhhəti qəfil pisləşən Kozinoğlu üçün təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun öldürülməsi və ya zəhərlənməsi ilə bağlı iddialar səslənib. Yekun məhkəmə tibbi rəyində ölümün xroniki işemik ürək xəstəliyi ilə əlaqəli olduğu qeyd olunub. Bundan sonra cinayət işinə xitam verilib. 
Silivri Respublika Baş Prokurorluğu hazırda Kozinoğlunun ölümü ilə bağlı yenidən araşdırma aparır.
Kurtlar Vadisi ilə əlaqə
“Kurtlar Vadisi Pusu” serialında “Kazım Kaşifoğlu” adlı kəşfiyyatçı obrazı yaradılıb. Bu obrazın prototipinin Kaşif Kozinoğlu olması məsələsi uzun illərdir müzakirə edilir. Buna əsas kimi də “Kazım Kaşifoğlu” ilə Kaşif Kozinoğlunun ölümlərinin eyniliyi göstərilir. 
Belə ki, serialdakı “Kazım Kaşifoğlu” obrazı serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı seriyasında həbs olunur, hücrədə saxlanılır, döyülür və ölümlə hədələnir. Serialın bu bölümünün yayımlanmasından 2 gün sonra – 12 noyabrda Kaşif Kozinoğlu Silivri həbsxanasında vəfat edir.
Serialın 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümündə isə “Kazım Kaşifoğlu”nun ölümü ilə bağlı səhnə göstərilir. Həmin səhnədə “Kara” obrazı “Kazım Kaşifoğlu”nun damarına şprislə hava yeridərək onu öldürür. (savashmedia.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri