Icma.az
close
up
RU
“Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə” Adrenokrom nədir?

“Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə” Adrenokrom nədir?

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son illər sosial mediada və konspirasiya nəzəriyyələrində adrenokrom adlı maddə tez-tez “gəncləşmə iksiri” kimi təqdim olunur.
Yeniavaz.com
xəbər verir ki, iddialara görə, bu maddə yalnız gənc insanların bədənindən, hətta qanından əldə edilə bilər və onu istifadə edənlər cavanlaşır, ömrünü uzadır. Məhz buna görə bu mifologiyada gənclər xüsusi olaraq hədəf kimi göstərilir. Türkiyənin məşhur serialı “Kurtlar Vadisi Pusu”dakı  səhnələrin birində də gənc insanların qanından istifadə edərək güc və gənclik qazanmaq istəyi göstərilib və bu, tamaşaçı yaddaşında dərin iz buraxıb. Bu cür səhnələr sonradan real hadisələrlə, xüsusilə də “Epşteyn işi” ilə əlaqələndirilərək daha da şişirdilib.
Son illərdə dünyada ən çox müzakirə olunan mövzulardan biri “Epşteyn işi” ilə bağlı açıqlanan sənədlər oldu. Bu sənədlər real cinayətləri, nüfuzlu şəxslərlə əlaqələri və ciddi hüquqi sualları gündəmə gətirdi. Paralel olaraq sosial mediada bu iş adrenokrom adlı maddə ilə əlaqələndirilməyə başlandı.
Adrenokrom nədir?
Adrenokrom adrenalin hormonunun oksidləşməsi nəticəsində yaranan kimyəvi birləşmədir. Adrenalin insan bədənində stress, qorxu və həyəcan zamanı ifraz olunur. Bu hormon oksigenlə təmasda olduqda çox nadir hallarda kimyəvi dəyişiklik keçirə və adrenokrom adlanan yan məhsul yarana bilər. Adrenokrom hormon deyil və insan orqanizmində xüsusi bir funksiyası yoxdur.
İnsan bədənində minlərlə kimyəvi proses eyni anda gedir. Bu proseslərin hamısı mükəmməl və məqsədli məhsullar yaratmır. Bəzən əsas maddələr parçalanır və yan məhsullar yaranır. Adrenokrom da məhz belə yan məhsullardan biridir. O, çox az miqdarda yaranır və bədən tərəfindən tez bir zamanda parçalanaraq zərərsizləşdirilir. İnsan orqanizmində yığılmır və istifadəyə yararlı maddə kimi rol oynamır.
Epşteyn sənədlərində adrenokrom varmı?
“Epşteyn iş”i ilə bağlı açılan rəsmi məhkəmə sənədlərində adrenokromun istehsalı, istifadəsi və ya uşaqlardan əldə edilməsi ilə bağlı heç bir təsdiqlənmiş məlumat yoxdur. Sənədlər əsasən cinsi istismar, qanunsuz əlaqələr və cinayət şəbəkələri üzərində qurulub. Adrenokromla bağlı iddialar bu sənədlərin özündən deyil, sonradan internetdə yayılan şərh və konspirasiya nəzəriyyələrindən qaynaqlanır.
“Kurtlar Vadisi Pusu” serialı illər boyu dərin dövlət, gizli qüvvələr və beynəlxalq şəbəkələr mövzularını işləyib. Serialdakı bəzi epizodlar real hadisələrə bənzər elementlər daşıdığı üçün tamaşaçıda “ola biləcək həqiqətlər” hissi yaradıb. Lakin bu serial sənədli xarakter daşımır. Burada göstərilən maddələr və proseslər real elmi fakt kimi qəbul edilə bilməz.
Miflər və reallıqlar
İnternetdə yayılan iddialara görə adrenokrom insanlara gənclik verir, xüsusi psixoloji təsir yaradır və elit qruplar tərəfindən gizli şəkildə istifadə olunur. Elmi reallıqda isə bu iddiaların heç biri sübut olunmayıb. Adrenokrom laboratoriya şəraitində sintez oluna bilən sadə kimyəvi maddədir və onun gəncləşdirici və ya mistik təsiri yoxdur. İnsan bədənində yaranan miqdar isə təsirsiz dərəcədə azdır.
Niyə bu miflər yayılır?
Bu tip iddialar adətən real cinayət hadisələri ilə uydurma elementlərin birləşməsi nəticəsində ortaya çıxır. “Epşteyn işi” kimi sarsıdıcı bir hadisə insanların emosiyalarını gücləndirir. Populyar seriallar və filmlər bu emosional fonu daha da qidalandırır. Sosial media isə şok və qorxu yaradan məzmunu daha sürətlə yayır. Nəticədə elmi cəhətdən sadə bir maddə qlobal mifin mərkəzinə çevrilir.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Fevral 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri