Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya futbolunda hakim qərarları ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, belçikalı qolkiper Madrid təmsilçisinə qarşı qərəzli sistemin olduğuna inanmadığını, lakin bəzi qərarların anlaşılmaz göründüyünü bildirib.
“Burada hansısa "qara əl"in olduğunu düşünmürəm. Mən o qədər də pis düşüncəli deyiləm. Sadəcə, başqa meydanlarda qeydə alınan bəzi epizodlar bizim oyunlarda qeydə alınmır. Bəzən bizə qarşı fit çalınır, amma eyni vəziyyət bizim xeyrimizə olmur. Ən çox anlamadığım budur: bizə bir şeyi izah edirlər, bir həftə sonra isə tam əksini edirlər”, – deyə Kurtua “Marca”ya açıqlamasında bildirib.
Mövzu son Madrid derbisindən sonra yenidən aktuallaşıb. “Atletiko”nun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Din Huysen qırmızı vərəqə alıb, “Real” isə bir sıra digər epizodlarda hakim qərarlarından narazı qalıb.
Qeyd edək ki, “Real” TV də derbidən sonra hakimliyi açıq şəkildə tənqid edib.
Ronaldo cəzalandırıla bilər: 6 aya qədər “Qalatasaray” 121 yaşında! Mərc skandalı - "Erzurumspor"un prezidenti: "Hesab illər əvvəl açılıb" 6 qat Fransa çempionu 1 avroya satıldı Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















