Icma.az
close
up
RU
Kütləvi yayılan xəstəliklə NECƏ MÜBARİZƏ APARAQ? HƏKİM RƏYİ

Kütləvi yayılan xəstəliklə NECƏ MÜBARİZƏ APARAQ? HƏKİM RƏYİ

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tam 16 gündür qəribə bir xəstəliyə tutulmuşuq. Öskürək, qızdırma, üşütmə, baş gicəllənməsi, ürəkbulanma, iştahasızlıq. İki – üç gün davam edir, bir gün yaxşı olduqdan sonra iki – üç gün halsızlıq, qızdırma, öskürək yenə özünü göstərir. Ən dəhşətlisi isə sümüklərin ağrımasıdır. Sanki sümükləri kəlbətinlə sıxırlar. Nə dava-dərman edirsən, xeyri yoxdur”.

Bu barədə sosial mediada politoloq Əziz Əlibəyli yazıb. Həm bu statusun altında yazılan rəylərdən, həm də ümumən sosial mediada aparılan müzakirələrdən, ətrafımızda olan insanların halından görünür ki, ölkədə sözügedən xəstəliyə yoluxanlar kütləvidir.

Məhz bu səbəbdən Səhiyyə Nazirliyi ictimaiyyət üçün məlumat yayıb. Qeyd olunub ki, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, bəhs edilən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiya Federasiyasında müşahidə olunur.

Nazirlik bildirib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məsələn, bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

O da vurğulanıb ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən, bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, hazırda respublikanın paytaxtında və ölkə ərazisində ağciyər yuxarı tənəffüs yolu və mədə-bağırsaq xəstəliyi sürətlə yayılıb. Onun sözlərinə görə, bu xəstəliyə yoluxma baş verdikdən sonra immun sistemi çox sürətli şəkildə zəifləyir: “Bu zaman ikincili infeksiyalar, yəni mikrob infeksiyaları prosesə qoşulur. Boğaz ağrısı, yüksək hərarət, halsızlıq, baş ağrıları, patoloji əlamətlər ortaya çıxır. Mədə-bağırsaq sisteminin pozulması halları da yaranır. Mövcud vəziyyətdə aydınlaşdıra bildiyimiz adenoviruslar, rinoviruslar və enteroviruslardır ki, bunlar bəzən ikili, bəzən üçlü şəkildə orqanizmə yoluxaraq müvafiq patologiyalar yarada bilirlər. Risk qrupuna aid edilən yaşlı və azyaşlıların xəstəlikdən mühafizə olunması üçün xüsusi diqqət göstərilməlidir. Belə ki, onların immun sistemini təhdid edən ikincili faktor, yəni yanaşı xəstəliklər varsa, o xəstəliyin müalicə olunmasına üstünlük vermək lazımdır. Hətta xəstəliyə yoluxmasa belə, sağlam vaxtda orqanizmi təhdid edən bütün faktorlardan uzaqda durub, yanaşı gedən xəstəliyin müalicəsinə diqqət etmək lazımdır. Bu ona görə lazımdır ki, əgər virusa yoluxma halı baş verərsə, həm virus, həm də yanaşı xəstəlik orqanizmi tamamilə taqətdən salıb, onun yaşam həyatı üçün ciddi təhdidlər və problemlər yaratmasın”.

Həkim söyləyib ki, başlıca şərtlər bol maye qəbul etmək, izolyasiya olunmaq və maska taxmaqdır: “Maskanı yoluxmadan öncə taxmaq, tədbirli olmaq lazımdır. Xüsusilə də əhalinin sıx olduğu yerlərdə tibbi maskadan istifadə etməliyik. Koronovirus pandemiyası dövründə riayət olunan bütün qaydalara indi də əməl etmək lazımdır ki, virusa yoluxma halları baş verməsin. Göstəricilər onu deməyə əsas verir ki, artıq bu xəstəliyə yoluxma halları baş verib. Bəzən xəstədə bir həftədən sonra yüngülləşmə qeydə alınır, ardınca yenidən qəfil ağırlaşmalar, patoloji vəziyyətin daha da kəskinləşməsi müşahidə olunur. Bəzən qeyri-mütəxəssislər, yəni tibb sahəsinə aidiyyəti olmayan insanlar bir-birinə tövsiyələr verməklə müxtəlif dərman vasitələrini apteklərdən alır, qəbul edilər. Virusa yoluxmanın, xəstəliyin yüngül simptomları ötüb keçən kimi onlar elə düşünürlər ki, artıq vəziyyət tam düzəlib. Lakin bu, belə deyil”.

A.Bağırov bildirib ki, müalicəni tam həyata keçirmək üçün mütləq həkim mütəxəssisə müraciət etmək, mədə-bağırsaq və ağciyər sistemlərinin müayinəsini aparmaq, zəruri olan təcili tibbi göstərişlərə riayət etmək lazımdır: “Xüsusilə də azyaşlılar, yaşlılar, yanaşı xəstəlikləri olanlar ciddi nəzarətdə saxlanılmalıdır ki, onlar üçün daha böyük problemlər yaranmasın. Bir məsələni də qeyd edim ki, ekoloji sistemdə, atmosferdə şiddətli dərəcədə çirklənmə var. Bunun özü bədəndə oksigen azlığı yaradır, immun sistemi zəiflədir. Nəticədə bədəndə ümumi yorğunluq halları müşahidə olunur. Bədəndəki toksinlərin, sərbəst radikalların artması kimi halları çoxaldır. Əlavə virus və mikrob infeksiyası da bunun üzərinə gələndə orqanizm şiddətli dərəcədə zərər görür. Bəzi hallarda xəstələrin sağalmasında çox problemlər yaranır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Yanvar 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri