Kyeza İtaliyaya qayıdır Danışıqlar başladı
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Liverpul" un cinah oyunçusu Federiko Kyeza yanvarda İtaliyaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu ilə "İnter" klubu maraqlanır.
Jurnalist Rudi Qalettinin məlumatına görə, “neradzurri”nin nümayəndələri artıq “Liverpul”la mümkün müqaviləni müzakirə ediblər.
İtaliyalı vinger isə özü mövsüm ərzində komandadan getməyə həvəsli deyil. O, qalıb özünü sübut etməyi və Arne Slotun komandasında möhkəmlənməyi düşünür.
Federiko Kyeza bu yay "Yuventus"dan "Liverpul"a keçib. Futbolçu "qırmızı-qaralar"ın heyətində bütün yarışlarda cəmi 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" Kyezanın dəyərini 30 milyon avro qiymətləndirir.
Mirağa
Baxış sayı:161
Bu xəbər 08 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















