Federiko Kyeza yenidən İtaliyaya qayıdır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Federiko Kyeza A Seriyasına qayıda bilər. "Liverpul"da möhkəmlənə bilməyən cinah hücumçusuna yeni təklif göndərilib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, İtaliya millisinin üzvü ilə "Roma" maraqlanır.
Lakin "canavarlar" yüksək transfer qiyməti və maaşı üzündən onu birdəfəlik almaq niyyətində deyillər. Paytaxt klubu Kyezanı yayda birmövsümlük icarəyə götürmək fikrindədir.
Hazırda oyunçunun özü ilə danışıqlar aparılır. Razılıq əldə olunsa, "Liverpul"a təklif göndəriləcək.
27 yaşlı Kyeza ötən yay "Yuventus"dan 12 milyon avroya transfer olunub. İngilislər "Fiorentina"da da çıxış etmiş hücumçu ilə 4 illik müqavilə bağlayıblar. Lakin o, ümidləri doğrultmur, ona görə də göndərilməsi gündəmdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















