La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya Sequndasında (La Liqa 2) mövsümün sonuncu – 42-ci turu başa çatıb.
QOL.az xəbər verir ki, bununla da elit diviziona son vəsiqə uğrunda mübarizə aparacaq pley-off iştirakçıları və yarımfinal cütləri müəyyənləşib.
“Pley-off”a 3-6-cı yerləri tutan “Almeriya”, “Malaqa”, “Las-Palmas” və “Kastelyon” yüksəlib. Yarımfinalda aşağıdakı cütlər üz-üzə gələcək:
“Almeriya” – “Kastelyon”;
“Malaqa” – “Las-Palmas”.
İlk oyunlar iyunun 6-7-də, cavab görüşləri isə iyunun 9-10-da keçiriləcək. Çempionatı 3-cü və 4-cü pillələrdə başa vuran komandalar cavab matçlarını öz meydanlarında oynayacaqlar. İki oyunun və əlavə vaxtın yekununda bərabərlik qeydə alınarsa, növbəti mərhələyə turnir cədvəlində daha yüksək yeri tutmuş komanda vəsiqə qazanacaq.
Final da iki oyundan ibarət olacaq. İlk qarşılaşma iyunun 14-də, cavab görüşü isə iyunun 20-də keçiriləcək.
Qeyd edək ki, Sequndanın çempionu “Rasinq” (Santander) və “Deportivo” (La-Korunya) birbaşa La Liqaya vəsiqə qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 İyun 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















