Laborantların işə qəbulu ilə bağlı VACİB XƏBƏR
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Laborantların işə qəbulu üçün qeydiyyat müddəti uzadılıb.
Bu abrədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumata verilib.
Bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.
Müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ci il saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.
Baxış sayı:73
Bu xəbər 10 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















