Icma.az
close
up
RU
Laboratoriya Təchizatları Şirkəti gömrük qaydalarını pozdu

Laboratoriya Təchizatları Şirkəti gömrük qaydalarını pozdu

"Laboratoriya Təchizatları Şirkəti-LTŞ" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Xəyal Quliyev

seeBaxış sayı:74
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri