Icma.az
close
up
RU
Laçın hava limanının ilk xarici qonaqları Türk dünyasının LİDERLƏRİ

Laçın hava limanının ilk xarici qonaqları Türk dünyasının LİDERLƏRİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) iki sammitinin keçirilməsi nəzərdə tutulub. Bunlardan biri rəsmi sammitdir və Azərbaycanda keçirilməsi nəzərdə tutulub. Qeyri-rəsmi sammit isə Macarıstanda keçiriləcək.

Qeyd edək ki, TDT Sammitinin ildə iki dəfə keçirilməsi təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb. Bu barədə Prezident İlham Əliyev ötən gün Bakıda keçirilən konfrans zamanı bildirib. 

"Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək", - Prezident qeyd edib.

Azərbaycanda sammitin Laçında keçiriləcəyi barədə xəbərlər yayılıb. "Gələn ay Laçında TDT Sammiti keçiriləcək və burada Türkiyə və Azərbaycanın türk dünyasının birliyi və əməkdaşlığı məsələlərində güclü həmrəylik nümayiş etdirdiyini bir daha görəcəyik", - Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan yerli mətbuata müsahibəsində deyib.

Onu da qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının bu il istismara verilməsi gözlənilir. Ötən günlərdə sosial şəbəkələrdə hava limanında təyyarələrin gəldiyi barədə görüntülər yayılıb.

Beləliklə, Laçın Beynəlxalq Hava Limanının ilk xarici qonaqları Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak edəcək liderlər ola bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin Laçını təmsil edən deputatı Rövşən Muradov da bu ehtimalı istisna etməyib.

O deyib ki, TDT Sammitinin keçirilməsi möhtəşəm bir tədbir olacaq.

"Azərbaycan beynəlxalq forumların keçirilməsində son zamanlar olduqca aktivdir. Türk Dövlətləri Təşkilatı ölkələri ilə münasibətlərimiz  dinamik inkişaf edir. İnşallah, may ayında Laçın beynəlxalq hava limanı istifadəyə veriləcək. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatının (TDT) Laçında keçiriləcək sammiti hava limanının açılışından sonra baş tuta bilər. Belə bir şey gözləniləndir. Bizim qonaqlar əvvəl Füzulidəki hava limanına eniş edib oradan maşınlarla Laçına gedirdilər. İndi qonaqlarımızın hamısı birbaşa təyyarə ilə Laçın hava limanına enəcəklər. Möhtəşəm bir tədbir olacaq. Yəqin ki, sammit aeroportun açılışından sonra olacaq. Mənim bununla bağlı dəqiq məlumatım yoxdur, amma sammit may ayına təsadüf edəcəksə, bu cür də olacaq".

Deputat vurğulayıb ki, TDT ölkələrinin burada sammit keçirməsi Laçının inkişaf səviyyəsini göstərəcək:

"Məlum olduğu kimi Laçın Qarabağa açılan qapıdır, Ermənistanla sərhəddə olan rayondur. Bu tədbirlərin Laçında keçirilməsi möhtəşəm hadisədir, Azərbaycanın inkişaf səviyyəsini göstərir. Tədbir Laçının dövlət proqramına uyğun inkişafını göstərir. Bu cür tədbirlərin bundan sonra da işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi bir daha Azərbaycanın dünyada hansı səviyyədə bir ölkə olduğunu, sülhsevərliyini göstərir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri