Icma.az
close
up
RU
Türk dünyasının liderləri Avropada TOPLAŞIR

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti qeyri-rəsmi liderlər zirvə görüşünün tarixi məlum olub.

Modern.az-ın məlumatına görə, zirvə toplantısı 20-22 may 2025-ci il tarixlərində Macarıstanda keçiriləcək.

Budapeştdə baş tutacaq toplantı təşkilatın Avropadakı yeganə müşahidəçi üzvü olan Macarıstanın ilk dəfə belə yüksək səviyyəli TDT zirvəsinə ev sahibliyi etməsi ilə tarixə düşəcək.

Zirvə görüşündə TDT-nin daimi üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, həmçinin müşahidəçi statusunda olan Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Macarıstan nümayəndələrinin iştirakı gözlənilir. Görüşə üzv ölkələrin dövlət və hökumət başçılarının qatılması planlaşdırılır.

Budapeşt zirvəsi Mərkəzi Asiya ölkələrinin Kiprlə bağlı son qərarlarından sonra keçirilən ilk liderlər görüşüdür. Xüsusilə Qazaxıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprlə diplomatik münasibətləri dərinləşdirməsi, Şimali Kiprin statusu və Türk dünyasının bu məsələdəki mövqeyi baxımından ciddi müzakirələrə səbəb olub.

Qazaxıstan 2025-ci ilin yanvarında Cənubi Kiprlə qarşılıqlı səfir təyinatını həyata keçirərək bu istiqamətdə ilk addımı atan ölkə olub. Özbəkistan isə 1997-ci ildən Kipr ilə diplomatik münasibətdə olmasına baxmayaraq, yalnız bu il rəsmi səfir təyin edib. Türkmənistan isə İtaliyadakı səfirini 31 mart 2025-ci ildə Kiprə akreditə edib. Bu addımlar xüsusilə TDT-də müşahidəçi statusu daşıyan Şimali Kipr Türk Cümhuriyyətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün təşkilat daxilində fikir ayrılıqlarına yol aça bilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan məsələyə münasibət bildirərək bildirib ki, bu, "ailə məsələsidir" və ictimaiyyət önündə müzakirə edilməsini düzgün hesab etmirlər. “Prinsip olaraq ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk. Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Aramıza vurmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək”, -  Fidan deyib.

Müşahidəçilərin fikrincə, Macarıstandakı qeyri-rəsmi zirvə bu fikir ayrılıqlarının səssiz şəkildə aradan qaldırılması, həmrəyliyin bərpası və ortaq diplomatik xəttin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.

Macarıstanın ev sahibliyi etdiyi bu toplantı həm də TDT-nin beynəlxalq təsir dairəsinin Avropaya qədər genişləndiyini göstərən simvolik bir addım kimi dəyərləndirilir. Budapeşt görüşü təşkilat daxilində qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, nəqliyyat layihələrinin inkişafı, enerji əməkdaşlığı və ortaq humanitar proqramların genişləndirilməsi kimi mövzuları da əhatə edəcək.

Təşkilatın Avropa ilə münasibətlərinin genişlənməsi, Macarıstanın bu prosesdəki fəallığı və Türk dünyasının içindəki birlik çağırışları zirvə görüşünün əsas gündəm mövzuları olacaq.

Bu zirvə, həm də TDT-nin gələcək strateji vizionunun formalaşdırılması baxımından əlamətdar bir hadisə kimi tarixə düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri