Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Laçın inkişaf edən beynəlxalq mərkəzə çevrilməkdədir”

“Laçın inkişaf edən beynəlxalq mərkəzə çevrilməkdədir”

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər Kəlbəcər və Ağdamla yanaşı Laçının da 1 güllə atmadan azad olunması ilə nəticələndi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan düşmən Laçından da çıxmaqla bağlı təqvim verməyə məcbur oldu. Bu, hərbi qələbəmizin diplomatik müstəvidə davamı idi. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri digər ərazilərimiz kimi, Laçını, Kəlbəcəri, Ağdamı da hərbi yolla azad etmək gücündə idi və Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, bununla bağlı bizim planlarımız var idi, biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Sadəcə, rayonun çox mürəkkəb relyefi və sərt hava şəraiti səbəbindən böyük itkilərin olacağı qaçılmaz idi.

Döyüş meydanında əldə edilmiş parlaq qələbə nəticəsində biz bu 3 rayonu bir güllə atmadan, itki vermədən azad etdik.
Laçın düz 28 il işğal altında qaldı. 1992-ci ildə Laçın işğal edildikdən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranırdı ki, bu da işğalçı üçün strateji baxımdan əlverişli idi. 28 illik işğal dövründə Ermənistan Cenevrə Konvensiyalarının bütün prinsiplərini pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmiş, burada demoqrafik tərkibi dəyişdirməklə qanunsuz məskunlaşma siyasəti aparmışdı. Lakin Laçının tarixini saxtalaşdırmaq cəhdləri boşa çıxdı. 

Laçın işğaldan azad olunduqdan sonra burada əhəmiyyətli infrastruktur layihələri icra edilir. Bu ilin mayında istifadəyə verilən, azad olunmuş ərazilərdə inşa olunan sayca 3-cü olan Laçın beynəlxalq hava limanı isə ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfədir. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. 

Beləliklə, bu gün - 26 avqust Laçın şəhər günü kimi qeyd olunur.Suverenliyimizin tam bərqərar edilməsindən sonra keçirilən şəhər günlərinin xüsusi tarixi əhəmiyyəti var. 30 ilə yaxın müddətdə Laçın şəhəri də digər yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalmışdı. Ermənistanın sərhəd tanımayan təxribatları 2-ci Qarabağ savaşından sonra da davam edirdi. Təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə, yəni müharibədən sonra 1400-dən çox yeni mina basdırılmışdı. Təbii ki, bu, açıq terror hərəkəti idi. 2023-cü il Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı bu təxribatlara da son qoydu.

Antiterror əməliyyatlarından əvvəl isə - 2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bütün beynəlxlalq təzyiqlərə rəğmən heç kim rəsmi Bakını öz yolundan döndərə bilmədi. Beləliklə, 23 apreldə sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası demək idi. Azərbaycan bunu beynəlxalq hüquq normaları çərçivəsində etdi.

Avqustun 26-dan - Laçın şəhərinin azad olunmasından dərhal sonra isə Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazilərə bir neçə qrup göndərildi, bütün yaşayış fondunun təhlili, uçotu aparıldı, dəymiş ziyan hesablandı. Qısa zamanda Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən quruldu. 2023-cü il, mayın 28-də - Müstəqillik Günündə dövlət başçımız birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdi. Beləliklə, Laçının dirçəliş dövrü başladı. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən, indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. 

Laçın həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Belə ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü, İƏT Həftəsi və Şuşa Qlobal Media Forumu çərçivəsində müxtəlif toplantılara məhz Laçın ev sahibliyi etdi. Laçın həm də MDB mədəniyyət paytaxtı elan edilib. Bir sözlə, son 5 ildə Laçın inkişafını bərpa etmiş beynəlxalq əhəmiyyətli mərkəzə çevrilməkdədir.

Könül Nurullayeva

Millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri