Icma.az
close
up
RU
Laçın mühüm beynəlxalq qovşağa çevrilir ŞƏRH

Laçın mühüm beynəlxalq qovşağa çevrilir ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Laçın Azərbaycanın coğrafi xəritəsində sadəcə bir rayon deyil. Bu bölgə tarixən ölkənin qərb sərhədlərinin təhlükəsizliyində, Qarabağla Şərqi Zəngəzur arasında əlaqələrin təmin edilməsində və regionun iqtisadi potensialının formalaşmasında mühüm rol oynayıb. Məhz buna görə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü elan edilməsi yalnız əlamətdar tarixin rəsmiləşdirilməsi deyil, həm də dövlətimizin bu şəhərin gələcəyinə verdiyi yüksək dəyərin ifadəsidir. Bu gün Laçın yeni inkişaf mərhələsinə qədəm qoyaraq təkcə Azərbaycanın deyil, bütövlükdə regionun strateji əhəmiyyət daşıyan məkanlarından birinə çevrilməkdədir.

Lakin bugünkü uğurlar heç də asan əldə olunmayıb. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi rayonun tarixində ən faciəli səhifələrdən birini açdı. Minlərlə sakin öz doğma torpağından didərgin salındı, yüzlərlə insan həlak oldu və ya itkin düşdü. İşğal illərində yaşayış məntəqələri sistemli şəkildə dağıdıldı, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları və inzibati binalar viran qoyuldu. Tarixi və dini abidələr vandalizmə məruz qaldı, zəngin meşələr və təbii ehtiyatlar qanunsuz istismar edildi. Ermənistan bununla kifayətlənməyərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozdu, yaşayış məntəqələrinin adlarını dəyişdirdi və qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdi. Bütün bunlar bir daha göstərirdi ki, məqsəd yalnız ərazini işğal altında saxlamaq deyil, həm də həmin torpaqların tarixi kimliyini dəyişdirmək idi.

Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər bu planları birdəfəlik puça çıxardı. 2020-ci ilin sonunda Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bununla bölgədə tamamilə yeni mərhələ başlandı. Dövlət qarşısında duran əsas vəzifə azad olunmuş torpaqları əvvəlki vəziyyətinə qaytarmaq yox, onları müasir inkişaf standartlarına uyğun şəkildə yenidən qurmaq idi. Bu məqsədlə həyata keçirilən layihələr Laçının uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.

Həmin layihələrin sırasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. İnşası davam edən Kəlbəcər–Laçın avtomobil yolu mühəndislik baxımından ölkənin ən mürəkkəb layihələrindən hesab olunur. Yeni yol mövcud marşrutdan daha qısa olmaqla yanaşı, iki, üç və dörd hərəkət zolağından ibarət olacaq, üzərində çoxsaylı tunel və körpülər inşa edilir. Bu magistral yalnız nəqliyyat rahatlığını artırmayacaq. O, Qarabağ və Şərqi Zəngəzur arasında iqtisadi əlaqələri gücləndirəcək, yük və sərnişin daşımalarının sürətini yüksəldəcək, regionun sosial-iqtisadi inkişafına əlavə təkan verəcək.

Laçının beynəlxalq əhəmiyyətini artıran ən mühüm layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. Qorçu kəndi yaxınlığında, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə inşa edilən bu aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır. Müasir standartlara uyğun tikilmiş uçuş-enmə zolağı və terminal kompleksi istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Laçın, Şuşa və Kəlbəcərə yaxın məsafədə yerləşməsi isə hava limanını təkcə nəqliyyat obyekti deyil, bütövlükdə regionun iqtisadi, turizm və logistika imkanlarını genişləndirən strateji mərkəzə çevirir. Bu layihə Azərbaycanın azad edilmiş əraziləri qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya etmək əzmindən xəbər verir.

Bu gün Laçında həyata keçirilən hər bir layihə gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsidir. Burada yaradılan yeni infrastruktur göstərir ki, Azərbaycan işğalın qoyduğu dağıntıları sadəcə aradan qaldırmır, eyni zamanda bölgəni regionun ən müasir inkişaf məkanlarından birinə çevirir. Laçının yenidən qurulan yolları, hava limanı və genişlənən iqtisadi imkanları ölkəmizin güclü dövlət idarəçiliyinin, məqsədyönlü siyasətinin və qalib xalq iradəsinin bariz təzahürüdür. Məhz buna görə 26 avqust – Laçın şəhəri günü keçmişə ehtiramın, bu günün qürurunun və gələcəyə inamın birləşdiyi əlamətdar tarix kimi xüsusi məna daşıyır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri