Laçın və Şuşada fərdi yaşayış evlərinin üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyi hesablanacaq
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
“Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi elan edilmişdir.
Newscenter.az xəbər verir ki, İctimai Birlik “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyinin hesablanması və istifadənin təbliği” adlı layihənin icrasına cari ilin may ayının 1-dən start vermişdir.
Layihənin məqsədi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kontekstində Laçın və Şuşa rayonlarında yaşayış məntəqələrində fərdi yaşayış evlərinin üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyinin hesablanması üzrə arayış hazırlamaq və maarifləndirmə tədbirlərini aparmaqdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təsdiq etdiyi icra qrafikinə uyğun olaraq 3 ay müddətinə işlər aparılacaqdır. Layihənin icrası müddətində İctimai Birlik tərəfindən maarifləndirici materiallar hazırlanacaq, Laçın rayonunda 2 habelə Şuşa şəhərində 1 olmaqla ümumilikdə 3 ədəd təlim təşkil olunacaq və günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyini əks etdirən arayış hazırlanacaq.
İctimai Birliyin layihənin icrasında əsas hədəfi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış” prioritet istiqamətinə uyğunluq təmin etməklə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” na dəstək olmaqdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Şuşada ailələrə evlərinin açarları təqdim olunub
23 Dekabr 2024 15:12
Şuşada ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlim təşkil olunub
15 İyul 2025 18:05
Şuşada növbəti yaşayış kompleksi tikiləcək
08 Noyabr 2025 13:41
Fərdi Tayfurun sərvəti üstündə qırğın gedir
30 Aprel 2025 11:12
Fərdi yaşayış evlərinin qiyməti artacaq SƏBƏB
05 Yanvar 2025 20:36
Baxış sayı:101
Bu xəbər 05 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















