Icma.az
close
up
RU
Laçın Zirvəsi hər üç müttəfiq ölkənin tarixinə yazıldı

Laçın Zirvəsi hər üç müttəfiq ölkənin tarixinə yazıldı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Laçında Beynəlxalq Hava Limanının açılışında Azərbaycan, Türkiyə və Pakistan rəhbərləri arasında baş tutan üçtərəfli Zirvə görüşü  bu üç ölkənin bir-birinə dost və qardaş, həmçinin təbii müttəfiq olduğunu bir daha dünyaya bəyan etdi.   44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana dəstəyini biz unutmadıq, şübhəsiz ki, biz də bu iki dost, qardaş ölkəyə hər cür dəstəyimizi verməkdən çəkinmirik. 

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, bu əlaqələrin mərkəzində dayanan  xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Hər üç ölkənin cəmiyyəti, xalqları  çətin və gərgin anlarda bir-birinə səmimi dəstək verir.  44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdi. Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir.Pakistan da öz qardaş münasibətini əməli ilə ifadə etdi. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini hərtərəfli müdafiə etdi. 

T. Rüstəmxanlı əlavə edib ki, bu Zirvə görüşünün məhz müstəqillik günündə, həmçinin Laçında üç liderin iştirakı ilə baş tutması həm də bir mesaj idi. Regionun ən qüdrətli ölkələrinin, dost və qardaş Türkiyə və Pakistanın Azərbaycanın müstəqilliyinə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına, dövlətimizin regionda sülh və abadlıq-quruculuq missiyasına tək sözdə deyil, əməldə verdiyi dəstək idi. İstər prezident İlham Əliyevin, istər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın, istərsə də Pakistan baş naziri Şahbaz Şərifin çıxışı hər üç ölkənin sıx müttəfiq və bir-birinə son dərəcə bağlı olduğunu, bu birliyin nümunəvi xarakter daşıdığını nümayiş etdirdi. 

Anar Əli,
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri