Icma.az
close
up
RU
Laçın: Zəfərin əsəri, quruculuğun zirvəsi

Laçın: Zəfərin əsəri, quruculuğun zirvəsi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib.

1923-cü ildə Abdallar yaşayış məntəqəsinə Laçın adı verildi və şəhər statusu aldı. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olundu. Qərbi Azərbaycanla Qarabağı birləşdirən strateji mövqeyi, zəngin təbiəti, meşələri, yaylaqları və su ehtiyatları ilə seçilən Laçın təkcə iqtisadi deyil, həm də hərbi-strateji baxımdan ölkəmizin ən mühüm bölgələrindən biri idi.

1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri oldu. Bu işğal təkcə bir rayonun itirilməsi deyildi. Şuşadan sonra Laçının da düşmən nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında quru dəhlizinin yaradılmasına səbəb oldu və sonrakı faciələrin başlanğıc nöqtəsinə çevrildi. İşğal dövründə yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə laçınlı doğma yurdundan didərgin salındı, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi abidə dağıdıldı, təbii sərvətlər talan edildi. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Laçında qanunsuz məskunlaşma siyasəti həyata keçirdi, coğrafi adları dəyişdirdi, bölgənin təbii ehtiyatlarını istismar etdi.

Lakin tarix göstərdi ki, heç bir işğal əbədi olmur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycanın dövlət bayrağı yenidən Laçın səmasında dalğalandı və tarixi ədalət bərpa olundu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun "Laçın Şəhəri Günü" elan edilməsi də məhz bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsi idi.

Prezident İlham Əliyevin Laçına münasibəti sadəcə dövlət başçısının bölgəyə diqqəti deyil, milli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlət başçısı Laçının gələcəyi barədə danışarkən bu sözləri söyləyib:

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun."

Bu fikir artıq sadəcə vəd deyil, reallıqdır. Çünki Laçın bu gün dünyanın ən sürətlə bərpa olunan şəhərlərindəndir.

Möhtərəm Prezidentimiz azad olunmuş Laçına dəfələrlə səfər edib və hər səfər yeni layihələrin, yeni müəssisələrin, yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalıb. 2021-ci ildə Güləbird Su Elektrik Stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyması, 2022-ci ildə Azərbaycan Bayrağının Laçında ucaldılması, 2023-cü ildə Böyük Qayıdışın başlanması, məktəbin, "Həkəri Balıq Təsərrüfatı"nın, sənaye müəssisələrinin açılışı, Zabux sakinləri ilə görüşlər, 2024-cü ildə Sus kəndinin istifadəyə verilməsi və yeni su elektrik stansiyalarının açılışı, 2025-ci ildə Bəylik kəndinin açılışı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, "Laçın" İstirahət Kompleksinin, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən tarixi Zirvə görüşü, 2026-cı ildə isə "Həkəriçay" su anbarının təməlqoyması və yeni su elektrik stansiyalarının açılışı göstərir ki, Laçın artıq yalnız bərpa edilmir, gələcəyin inkişaf mərkəzinə çevrilir.

Bu gün Laçın yaşıl enerji bölgəsinə çevrilməkdədir. Rayonun elektrik tələbatı artıq tamamilə bərpa olunan enerji hesabına ödənilir. Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik, Ağbulaq-1, Ağbulaq-2, Şeylanlı və digər su elektrik stansiyaları Azərbaycanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda "Həkəriçay" su anbarı layihəsi təkcə Laçının deyil, yeddi rayonun yüz minlərlə sakininin içməli su təminatını gücləndirəcək.

Laçının nəqliyyat infrastrukturu da tamamilə yenilənir. Kəlbəcər–Laçın avtomobil yolu, çoxsaylı tunellər və körpülər regionun iqtisadi inteqrasiyasını sürətləndirir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın mühəndislik imkanlarının və strateji baxışının növbəti təntənəsidir. Bu hava limanı yalnız nəqliyyat qovşağı deyil, regionun turizm və investisiya potensialını artıracaq mühüm beynəlxalq layihədir.

Laçın eyni zamanda iqtisadi inkişafın yeni ünvanına çevrilir. Aqro-Sənaye Parkında onlarla müəssisə yaradılır, mebel, ayaqqabı, tikiş fabrikləri fəaliyyətə başlayır, modul ev istehsalı, heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf etdirilir. "Hoçazfilm" studiyası Qarabağın audiovizual salnaməsini yaradır, "Laçın" İstirahət Kompleksi və gələcək kanat yolu layihəsi isə bölgənin turizm potensialını tamamilə yeni mərhələyə çıxarır.

Ən böyük uğur isə Böyük Qayıdışın uğurla davam etməsidir. Artıq minlərlə keçmiş məcburi köçkün Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq doğma yurdlarında yaşayır. Müasir məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət mərkəzləri, parklar, yaşayış məhəllələri, yeni yollar və kommunikasiya xətləri insanların rahat yaşayışı üçün ən yüksək standartlara uyğun şəkildə qurulur. "15 dəqiqəlik şəhər" konsepsiyası əsasında hazırlanan Baş Plan isə Laçının gələcəyini uzunmüddətli inkişaf modeli üzərində qurur.

Bu gün Laçına baxanda həmin sözlərin necə böyük uzaqgörənliklə söyləndiyini aydın görürük. Burada artıq yalnız dağıntılar deyil, yeni məktəblər, fabriklər, hava limanı, yaşıl enerji layihələri, parklar, yaşayış məhəllələri və doğma yurduna qayıdan insanların sevinci görünür.

Laçın artıq keçmişin ağrılarını deyil, Azərbaycanın qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın yenilməz ruhunu və gələcəyə inamını simvolizə edir. 26 Avqust – Laçın Şəhəri Günü də məhz bu həqiqətin təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün Laçın təkcə azad edilmiş şəhər deyil, Zəfərin necə inkişafa, inkişafın isə milli qürura çevrildiyinin ən parlaq nümunəsidir. Bu salnamənin müəllifi isə güclü dövlət iradəsi, uzaqgörən siyasət və xalqın sarsılmaz birliyidir.

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri