Icma.az
close
up
RU
Bir bayraq, üç qardaş: Laçın Zirvəsi yeni dövrün başlanğıcıdır

Bir bayraq, üç qardaş: Laçın Zirvəsi yeni dövrün başlanğıcıdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası öz xarici siyasətini milli maraqlar, beynəlxalq hüququn fundamental prinsipləri və regionda sülhün təmin olunması istiqamətində formalaşdırıb. Bakı rəhbərliyi beynəlxalq münasibətlərdə həm tərəfdaşlığa, həm də balanslı yanaşmaya üstünlük verir. Qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafı və qlobal miqyasda əməkdaşlıqda fəallıq Azərbaycanın xarici siyasət prioritetləri sırasındadır.

 Eyni zamanda, Azərbaycan strateji maraqlarına uyğun olaraq bir çox ölkələrlə, xüsusilə də dost və qardaş sayılan Türkiyə və Pakistanla çoxistiqamətli əlaqələr qurub. Bu münasibətlər yalnız rəsmi diplomatik kanallarla məhdudlaşmır. Azərbaycan, Türkiyə və Pakistan arasında inkişaf edən əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadi, mədəni, humanitar və hərbi sahələri də əhatə edir. Bu üç ölkə ortaq dəyərlərə, dini yaxınlığa və uzunmüddətli dostluq ənənələrinə əsaslanan xüsusi münasibətə malikdir. Tarixdən gələn bağlar bu əlaqələrin təməlini təşkil edir və bu münasibətlər zamanla daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işlərinin simvoluna çevrilmiş Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, regionun geosiyasi mənzərəsində mühüm dönüş nöqtəsidir. Bu hava limanı təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda Azərbaycanın suverenliyinin və dövlət iradəsinin real ifadəsidir. Laçında inşa edilən bu hava limanı, Qarabağın dirçəlişi və reinteqrasiyası prosesində mühüm funksiyalar daşımaqla yanaşı, ölkənin beynəlxalq əməkdaşlıq platformasına çevrilmək potensialını da özündə cəmləyir. Məhz bu kontekstdə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən zirvə görüşü xüsusi önəm kəsb edir. Bu görüş, yalnız diplomatik formatda keçirilmiş tədbir deyil, həm də strateji həmrəyliyin və ortaq dəyərlərin ifadəsi kimi qiymətləndirilə bilər. Türkiyə və Pakistan kimi dost və qardaş ölkələrin Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründəki inkişaf kursuna verdikləri davamlı dəstək, bu zirvə ilə bir daha təsdiqini tapdı.


Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş Naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü regional əməkdaşlıq üçün tarixi bir hadisədir:

“Bu görüş Azərbaycanın Müstəqillik Günü ilə eyni vaxta təsadüf edərək böyük rəmzi məna daşıyır. Şərqi Zəngəzurda, işğaldan azad edilmiş Laçında keçirilməsi bölgənin bərpasını və inkişafını vurğulayır. Üç ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və hərbi sahələrdə yeni imkanlar vəd edir. Azərbaycan, Türkiyə və Pakistanın birgə tarixi, mədəniyyəti və dəyərləri ittifaqın möhkəm təməlini təşkil edir. Zirvədə enerji təhlükəsizliyi, nəqliyyat yolları və investisiya layihələri kimi strateji məsələlər müzakirə olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollar, Pakistana isə 2 milyard dollar investisiya planı diqqət çəkir. Bu, ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdiyini göstərir. Türkiyənin PKK terror təşkilatının ləğvi ilə bağlı uğuru Zirvədə xüsusi qeyd edilib.  Pakistanın Hindistanla münaqişədə Azərbaycan və Türkiyədən gördüyü dəstək minnətdarlıqla vurğulanıb. Zirvə hər üç ölkənin suverenlik və ədalət prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib. 2020-ci il Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana verdiyi dəstək xatırladılıb. Laçın Beynəlxalq Hava Limanının açılışı da Zirvənin mühüm nəticələrindən biridir. Bu, bölgənin iqtisadi və nəqliyyat potensialını artıracaq. Üçtərəfli əməkdaşlıq formatı regional siyasətdə yeni bir platforma kimi qiymətləndirilir. Ölkələr arasında hərbi-siyasi əlaqələr gələcəkdə daha da genişlənəcək. Zirvə qlobal çağırışlar fonunda qardaş ölkələrin həmrəyliyini nümayiş etdirir. Bu görüş regionda sülh və sabitliyə töhfə verəcək strateji tərəfdaşlığın parlaq nümunəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri