Icma.az
close
up
RU
Sevginin Laçın Zirvəsi. Başqa sözlə...

Sevginin Laçın Zirvəsi. Başqa sözlə...

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bizi sevən insanlar vardır, sadəcə bunu necə göstərəcəklərini bilmirlər".

Bu, dünyaca ünlü yazıçı Poulo Koelhonun sözüdür.

Səni sevən birinin olması çox gözəldir. Hətta o, bunu necə göstərəcəyini bilməsə belə. Ancaq ən gözəli odur ki, səni sevənlər də bunu göstərə bilsin, sən də qarşılığında sevgini göstərə biləsən.

Mən diplomatiyanın Laçın zirvəsini izləyərkən bunu düşünürdüm. Biz sevdiyimizi də göstərə bildik, bizə sevgini də görə bildik.

Elə hey bu haqda yazmaq istəyirdim. Yazıkanları da oxuyurdum. Bəlkə bu səbəbdən yazmaqda gecikdim. Çünki başqa cür yazmaq üçün əvvəlcə başqalarını oxumaq lazımdır.

Bilirsiniz, uzun müdət bizə siyasətin insan simasının olnadığı təlqin edilib. Başqa sözlə, təhrif edilib. Həm də burda siyasətçilərin öz payı da var: uzun nüddət siyasətin insanları öz gerçək - insani simasını göstərməyib.

Kim nə deyir-desin, Azərbaycan prezidenti İlham Əliyev siyasətə yenu üslub gətirib.

Siyasətə sima qazandırmaq asan və kiçik iş deyil. Azərbaycan öz simasında bunu bacarıb.

Azərbaycan, Türkiyə, Pakistan liderlərinin Laçın görüşünə bəlkə də kimlərsə sıradan bir hadisə, cari diplomatiya faktı kimi baxar. Bu, həmin zehniyyətlərin, sadəcə, sıradan olduğunun göstəricisidir.

Bu, sadə bir görüş deyil, bu, ən birinci elə dostluqda da, tərəfdaşlıqda da, müttəfuqlikdə də, bəli, lap elə diplomatiyanın özündə də səmimiyyətin və sevginin Laçın zirvəsi idi.

Bu, məcburi diplomatik təbəssümlərin növbətçi nümayişi deyildi. Bu, sevən ürəklərin növbəti paradı idi.

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, baş nazir Məhəmməd Nəvaz Şərif yeni paradiqma yaratdıqlarını bir daha hər kəsə göstərmiş oldular. Dostlara da, düşmənlərə də.

Yox, bu, kiməsə qarşı düşmənçilik zirvəsi də deyil. Bu, səmimi dostların məkrli düşmənlərə qarşı zirvəsidir. Azərbaycan-Türkiyə-Pakistan birliyi bu zirvədən hamıya aydın görünür. Bu, sadəcə, üç ölkənin birinci şəxslərinin görüşü deyildi (bu şəxslərin birinci görüşü də deyildi). Başqa sözlə, bu, yüksək Zirvə diplomatiyası deyildi, diplomatiyanın yüksək zirvəsi idi.

İstəyirsiniz, buna pafos kimi baxın. Amma bu, pafos deyil. Həqiqətdir. Gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz, hətta əlimizlə toxuna biləcəyimiz bir gerçəkdir; maddiləşmiş siyasi nəticələr var. Bu, "siyasiləşmiş" maddi maraqların üstündə bir hadisədir. Bu, günümüzdə - gözümüzün qarşısında yaşanan tarixdir. Başqa sözlə, Tarixdən canlı yayımdır...

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri