Icma.az
close
up
RU
Üç dövlətin Laçın Zirvəsi

Üç dövlətin Laçın Zirvəsi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

28 May - Azərbaycanın Müstəqillik Günündə Laçında mühüm tarixi hadisə baş verdi. Azərbaycan, Türkiyə və Pakistan liderləri məhz Laçında bir araya gələrək üçtərəfli Zirvə toplantısı keçirdilər. Bu görüş üç yaxın dost və qardaş ölkənin bundan sonra yeni formatda əməkdaşlığı daha möhkəmləndirəcəyini, bir-birini daha güclü şəkildə dəstəkləməyə davam edəcəklərini göstərmiş oldu. Bu dəstək təkcə siyasi həmrəyliyi deyil, eyni zamanda ticari-iqtisadi, investisiya və digər sahələrdə əlaqələrin daha da inkişafını ehtiva edir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında əməkdaşlıq imkanlarına toxunaraq deyib: "Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq".

Bu gün Azərbaycan dövləti azad edilmiş əraziləri öz gücünə sıfırdan yenidən yaradır, geniş bərpa-quruculuq işləri həyata keçirir. Laçın Beynəlxalq Hava Limanının açılması, eyni zamanda, Laçında yaradılmış şərait də işğaldan azad olunmuş ərazilərdə dövlətin gördüyü işlərin miqyasını nümayiş etdirir. Türkiyə və Pakistan kimi dost və qardaş ölkələr Azərbaycanın haqq işində hər zaman onun yanında olub, siyasi, mənəvi dəstəklərini göstəriblər. Azərbaycan da hər zaman qardaş ölkələrin haqq işində onlarla bərabər olub. Bu gün həm Türkiyə, həm Pakistan, həm də Azərbaycan öz regionlarında, dünya çapında nüfuzlu dövlətlərdir. Qardaş Türkiyə regional gücdən qlobal gücə çevrilib, Pakistan güclü dövlət kimi özünü təsdiqləyib. Bu günlərdə Hindistanla yaranmış gərginlik zamanı verilən cavab İslamabadın gücünü bir daha təsdiqləmiş oldu. Üç ölkənin bir arada olması əlbəttə ki, onların gücünə güc qatır, eyni zamanda təhdidlərə qarşı birgə mübarizəni daha effektli edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üç ölkənin əməkdaşlığını belə ifadə edib: "Biz - ortaq idealları və birgə gücü olan üç qardaş ölkəyik. Sayımız təxminən 350 milyon nəfərdir və birgə 1,5 trilyon dollar ÜDM-ə sahib iqtisadi nəhəng yaradırıq. Bu bizim ortaq yolumuzdur - xalqlarımız üçün güclü və firavan gələcək qurmaq".

Eyni zamanda, ölkə liderlərinin sülh mesajları vermələri hər üç ölkənin münaqişələri deyil, sülh və dialoqu dəstəklədiklərini bir daha nümayiş etdirmiş oldu.

Pakistan və Hindistan arasında son gərginliyə diqqət çəkən Prezident İlham Əliyev bəyan etdi ki, münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.

Pakistan lideri isə "Biz münaqişələrə "yox", sülhə isə "hə" demək üçün buradayıq. Pakistan, Türkiyə və Azərbaycan kimi etibarlı qardaşlara - ədalət uğrunda çiyin-çiyinə duran müttəfiqlərə sahib olmaqdan qürur duyur", deyib.

Beləliklə, Laçın Zirvəsi Azərbaycan-Türkiyə-Pakistan münasibətlərində yeni bir səhifə açmış oldu. Bu səhifə üç ölkənin əlaqələrini daha da gücləndirəcək.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzsu ilə bağlı "525"ə deyib ki, mayın 28-də işğaldan azad olunmuş ərazilərdə iki mühüm hadisə baş verdi: "Onlardan biri Laçın şəhərində hava limanının açılması idi, ikincisi isə bu hava limanının açılışında və sonra keçirilən mərasimdə Azərbaycana ən yaxın olan, müttəfiq və qardaş ölkələrin liderlərinin iştirakı idi. Əslində bu, həm də Böyük Qayıdışın və ona beynəlxalq dəstəyin göstəricisi idi. Azərbaycan Prezidenti açılış zamanı bildirdi ki, bu, dünyaya verlən bir mesajdlr. Yəni bu gün həmin dəstəyin miqyası, Türkiyə, Pakistan, Azərbaycan üçbucağının yerləşdiyi geostrateji region və coğrafi mövqe baxımından üç liderin birgə iştirakı Azərbaycanın gələcək, perspektiv planları, sülhə, kommunukasiyaların açılmasına xidmət edən layihələrin nə qədər geniş bir coğrafiyada dəstəkləndiyini göstəricisidir. Eyni zamanda, bunlar əlbəttə ki, iqtisadi qüdrətimizin və milli gücümüzün artırılmasına xidmət edən tədbirlərdir. Heç şübhəsiz ki, hazırkı tarixi mərhələdə təhlükəsizliyin təmin olunması həm iqtisadiyyatın, həm milli inkişafın vacib şərtidir. Bu mənada, bu həm də böyük bir təhlükəsizlik tədbiri idi. Əslində üç dost və qardaş ölkənin liderləri dünyaya mesaj verdilər ki, cəmi beş il bundan əvvələ kimi müharibə meydanı olan, ən çox hərbləşdirilmiş ərazi olan bir coğrafiyada bu gün Azərbaycanın iradəsi ilə sülh yaradılır, kommunikasiyalar açılır, turizm inkişaf etdirilir. Regional potensial iqtisadiyyata cəlb edilir və bu bütün region üçün əhəmiyyətlidir. Ona görə də düşünürəm ki, bu tədbir üçtərəfli əməkdaşlığın dərinləşməsində həm də yeni bir səhifə kimi yadda qaldı. Bundan sonra da Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı həm region üçün həm də həmin ölkələri hər biri üçün daha böyük rifah daha böyük iqtisadiyyat vəd edən bir hadisədir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov isə "525"ə bildirib ki, Azərbaycanın Türkiyə və Pakistan ilə əməkdaşlığı, yaxın münasibətləri çoxillik tarixə malikdir. Hələ 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələr Türkiyə və Pakistan olub. Həmin vaxt çətin dönəmdən keçən, torpaqlarının 20 faizinin işğalı ilə üzləşən Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, siyasi dəstək göstərilməsində Türkiyə və Pakistanın böyük rolu olub.

Ekspert əlavə edib ki, o zaman Türkiyə Azərbaycan torpaqlarının işğalı məsələsini BMT Təhülkəsizlik Şurasının gündəliyinə salınmasında diplomatik səylər göstərib. 1993-cü ilin aprelində Azərbaycan torpaqlarının işğalını qınayan və işğalçıların Kəlbəcərdən dərhal çıxmasını tələb edən 822 saylı qətnamə qəbul edilərkən, TŞ-ya rəhbərliyi məhz Pakistan həyata keçirirdi: "Azərbaycan, Türkiyə və Pakistan arasındakı siyasi platformalarda əməkdaşlıq, hər üç ölkənin bir-birinə yaxın dəstəyi həmin vaxtlardan etibarən başlayıb və bu günə qədər fəal şəkildə davam edir. İkinci Qarabağ müharibəsində həm Türkiyənin, həm də Paksitanın Azərbaycana böyük siyasi və mənəvi dəstəyinin şahidi olduq. Siyasi əməkdaşlıqdan əlavə üç ölkə arasında ticari-iqtisadi, elm, mədəniyyət, təhsil sahələrində də ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər Azərbaycan Türkiyə və Pakistanla daha çox ikitərəfli formatda əməkdaşlığa üstünlük verirdisə, artıq son illərdə biz Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının yaranmasının və inkişafının şahidi oluruq. Hələ 2017-ci ildə bununla bağlı addımlar atılıb və həmin il üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutub. Daha sonra 2021-ci ildə üç ölkənin parlamentlər səviyyəsində vahid əməkdaşlıq razılaşdırılıb. Nəhayət, 2024-cü ildə Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçtərəfli görüş baş tutdu və beləliklə, ikitərəfli format artıq dövlət rəhbərləri səviyyəsində inkişaf etdi".

S.Zahidov deyib ki, Laçında hər üç liderin Beynəlxalq Hava Limanının açılışında iştirak etmələri, eyni zamanda öz bəyanatlarında ictimaiyyətə verdikləri mesajlar onu göstərir ki, artıq bu üçtərəfli format tam şəkildə bir inkişaf yoluna qədəm qoymaqdadır:

"Prezident İlham Əliyevin də dediyi kimi, mayın 28-də razılaşdırılmış məsələlər üçtərəfli formatın daha da güclənməsinə, üç ölkə arasındakı dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Bu görüş üçtərəfli əlaqələrdə yeni bir səhifə kimi xarakterizə edilməlidir".

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan formatının əhəmiyyəti hazırkı geosiyasi reallıqlar fonunda daha çox özünü göstərməkdədir: "Bu gün beynəlxalq sistemdə ciddi boşluqlar var. Dünya düzəni sarsılmağa doğru davam edir. Dünyada baş verən müharibələr və münaqişələr fonunda beynəlxalq sistemin, BMT-nin effektiv olmaması artıq dövlətlərin regional səviyyədə bir-birlərinə üz tutmalarına, birləşmələrinə, üçlü, dördlü, beşli platformalar yaratmalarına gətirib çıxarır ki, bu baxımdan Azərbaycan-Türkiyə-Pakistan formatının da əhəmiyyəti xüsusi maraq kəsb edir. Əvvəlcə deyim ki, bu formatın həm Türkiyəni, həm Orta Şərqi, həm Qafqazı, hətta deyərdim ki, Mərkəzi Asiya və Pakistanı əhatə edən Böyük Orta Şərq regionunda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyəti böyükdür. Çünki hər üç ölkə yerləşdikləri regionlarda sabitləşdirici funksiyalara malikdirlər. Pakistan Cənubi Asiyada, Azərbaycan Qafqazda, Türkiyə Yaxın və Orta Şərq regionunda. Baxmayaraq ki, hər üç regionda münaqişə ocaqları mövcuddur. Düzdür, Azərbaycan Qarabağ münaqişəsini həll edib, amma hələ də Ermənistanla sülh sazişi imzalamayıb, Qafqaz regionunda başqa münaqişə ocaqları da var. Hindistanla Pakistan arasındakı münaqişə, Türkiyənin Kipr məsələsindəki müəyyən maraqlarını qeyd etmək lazımdır. Bununla belə, bu məsələlərdə üç ölkə daim bir-birini dəstəkləyib, yerləşdikləri regionlarda xarici qüvvələrin destruktiv siyasətlərinə, məkrli ambisiyalarına qarşı bir dayaq nöqtəsi rolunu oynayıblar. Qafqazda Ermənistanın hərbləşdirilməsinə töhfə verən Fransa, Hindistan kimi dövlətlər var. Ermənistan-Fransa-Hindistan hərbi əməkdaşlığı fonunda düşünürəm ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı o destruktiv birliyə qarşı daha sabitləşdirici, daha balanslaşdırıcı bir funksiyaya malik ola bilər. Bu da bu üçlü formatın əhəmiyyətinə əhəmiyyət qatmaqdadır. Hər şeydən əvvəl regional təhlükəsizlik və sabitlik baxımından Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı böyük əhəmiyyətə malikdir, digər tərəfdən hər üç ölkənin yerləşdikləri regionların sıx inteqrasiyası, bir-birinə bağlılığı baxımından bu üç ölkənin əməkdaşlığına böyük ehtiyac var".

Ekspert yada salıb ki, Türkiyə lideri öz bəyanatında Orta Dəhlizdən bəhs etdi, Türkiyə və Azərbaycanın Şərqlə-Qərb arasındakı yolların kəsişməsində yerləşməsi və tranzit imlanlarına toxundu, Pakistanın da Orta Dəhlizə verə biləcyi töhfələrdən danışdı, bu da onu göstərir ki, nəqliyyat anlamında da bu üç ölkə arasında ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Bu da həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin inkişafı, ümumiyyətlə Böyük Orta Şərq və bütün Avrasiya regionunun tərəqqisi, inkişafı və sabitliyi baxımında xüsusi əhəmiyyət malikdir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə- Pakistan əməkdaşlığı sözün əsl mənasında böyük perspektivlər vəd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see258

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see246

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see208

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see202

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see183

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri