Prezident açılış etdi, Əmrullayev məlumat verdi FOTOLAR
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
“Yeni Sabah” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, nazirliyin sifarişi ilə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb. Pepperoni pizza
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Dövlət Peşə Təhsil Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Noyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















