Icma.az
close
up
RU
Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib

Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın, 2 may, Aydın Yavərzadə, AZƏRTAC

Səhiyyə Nazirliyi və nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən mayın 1-2-də Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılıb.

İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Aksiya zamanı qeyd edilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Həkim oftalmoloq Rövşən Rəcəbli aksiya zamanı müxtəlif patoloji xəstəlikləri olan sakinlər müraciət edib: "Patologiyalar arasında refraktiv qüsurlar, diabetik retinopatiya, qlaukoma, katarakta üstünlük təşkil edib. Bəzi xəstələrin qlaukoma və diabetik retinopatiya xəstəliyindən xəbərsiz olduğu müəyyənləşib. Bu xəstəliklərin isə vaxtında aşkarlanması və müalicə olunması gələcəkdə görmənin itirilməsinin qarşısını almağa kömək olur".

Tibbi müayinələr zamanı, həmçinin aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 150-yə yaxın vətəndaş müayinədən keçib.

Tibbi müayinədən keçən Laçın sakini Əlövsət Məmişov da belə aksiyaların keçirilməsinin əhəmiyyətli olduğunu bildirib: "Laçında əhali üçün səyyar tibbi müayinənin təşkil olunması çox gözəl təşəbbüsdür. Biz də Laçın sakini olaraq müayinədən keçdik. Həkimlər sağ olsun, tez bir zamanda müasir avadanlıqlarla bizi müayinə etdilər. Mənim gözümdə sulanma olur, müayinədən sonra lazımi müalicə yazıldı”.

Qeyd edək ki, işğaldan azad edilən digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri