Laçında Zəfər Günü hazırlığı: ağacəkmə aksiyası, turnir, konsert və atəşfəşanlıq olacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Laçın, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Laçında Zəfər Gününün beşinci ildönümü münasibətilə çoxşaxəli proqram hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçiriləcək.
Proqram Laçın şəhərindəki Dövlət Bayrağı Meydanında rəsmi mərasimlə başlanacaq.
Həmçinin ağacəkmə aksiyası təşkil ediləcək. Daha sonra Laçın İdman Kompleksində gənclər arasında “Gənclərin Zəfər turniri” keçiriləcək. Turnirin məqsədi sağlam həyat tərzinin təşviqi və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsidir.
Günün ikinci yarısında “Laçın Resort & Spa” Hoteldə tanınmış incəsənət xadimlərinin iştirakı ilə “Zəfərin səsi – Laçın 2025” adlı konsert proqramı təqdim olunacaq.
Tədbirlərin yekununda Laçın şəhərinin Seyrəngah adlanan ərazisində möhtəşəm atəşfəşanlıq şousu təşkil ediləcək.
Baxış sayı:82
Bu xəbər 07 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















