Icma.az
close
up
RU
Laçında Zəfər Günü ilə əlaqədar ağcəkmə aksiyası və turnir təşkil edilib YENİLƏNİB

Laçında Zəfər Günü ilə əlaqədar ağcəkmə aksiyası və turnir təşkil edilib YENİLƏNİB

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Laçın, 8 noyabr, A.Yavərzadə, AZƏRTAC

Laçın şəhərindəki Heydər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də sakinlər, könüllülər və ekoloji təşəbbüsü dəstəkləyən gənclər iştirak ediblər.

Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Laçında “Gənclərin Zəfər turniri” də keçirilib.

Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və Zəfər Gününün mənəvi əhəmiyyətinin gənc nəslə aşılanması olub.

Turnirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş müəllimi, Əməkdar idman ustası Rəsul Məmmədovun mentorluğu ilə Laçın məktəblilərinə əlbəyaxa döyüş üzrə açıq dərslər keçirilib.

Eyni zamanda, “Məhəmmədli Laçın” İdman klubunun direktoru və idman müəllimi Bəhruz Çıraqovun rəhbərliyi ilə keçirilən yarışlarda gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Turnirin sonunda qaliblər fəxri fərman və xüsusi mükafatlarla təltif olunublar.

12:58

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi – Laçın 2025” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

Məsim Məmmədov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Bakıda — Azadlıq Meydanında Zəfər Gününə həsr olunmuş möhtəşəm Hərbi paradın keçirildiyinə də toxunub. O, bu tədbirin dövlətimizin gücünü, Ordumuzun qüdrətini və xalq-dövlət birliyini nümayiş etdirdiyini bildirib.

Həmçinin qeyd edib ki, Zəfərin rəmzinə çevrilən Laçında bu bayramın qeyd olunması həm qayıdışın, həm də dirçəlişin simvoludur. Bu torpaqlara həyatın, inkişafın və insan nəfəsinin qayıdışı şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.

Daha sonra şəhid Sahib Həsənovun həyat yoldaşı Mehriban Binntova çıxışında şəhid ailələrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib: “Bu torpaqlarda yenidən addımlayırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsindədir. Həyat yoldaşım Vətən uğrunda döyüşə getdi və geri dönmədi, amma mən bilirəm ki, o, bu gün buradadır – bu dağlarda, bu bayraqda, bu azadlıq nəfəsində. Bizim şəhidlərimiz torpağa deyil, Vətənə qarışdılar. Bu Zəfər yalnız bir döyüşün deyil, bütün xalqımızın dirənişinin simvoludur”.

2020-ci il Vətən müharibəsi qazisi Taleh İsgəndərov çıxışında döyüş yolundan danışaraq bildirib: “Biz döyüşə qorxu ilə deyil, inamla getdik. Bu gün buradayıqsa, bu, təkcə bizim yox, bütün Azərbaycan xalqının Zəfəridir. Şəhid olan döyüş yoldaşlarımız bizə bu qürurlu qalibiyyəti əmanət etdilər”.

1990-cı il Qarabağ müharibəsi veteranı Şakir İsgəndərov isə çıxışında müharibə illərindən, düşmən mühasirəsində keçirdiyi günlərdən danışıb: “54 gün düşmən mühasirəsində qaldım. Hər səhər dua edirdim: “Ya Rəbbim, Bayrağımı yerə salma, imanımı sındırma”. Əlimdə yalnız bir ümidim – Bayrağım, bir dayağım – Quranım vardı. Şükürlər olsun, bu gün həmin arzuma çatdım. Laçındayam, Bayrağımızın kölgəsindəyəm. Bu, ömrümün ən böyük mükafatıdır”.

Rəsmi hissədən sonra tədbir Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see148

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see143

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see122

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri